Bazar, 28 Aprel

Axtarış

futbol” üzrə 716 nəticə tapıldı

23.02.2024 - 08:56

Qurban Qurbanovdan ilk açıqlama - Video

“Ürəyimdə çox şey var. Bu insanların sevincinə çox sevinirəm. Hər birinə təşəkkür edirəm. Bu gün futbolçular böyük xarakter göstərdilər. Hiss edirdim ki, bu gün meydanda döyüşməliyik”.  Xəbər verilir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Braqa”ya qalib gəldikləri oyundan sonra deyib. “Başda cənab Prezident olmaqla qalib xalqıma təşəkkür edirəm. Futbolçularıma sonsuz təşəkkür edirəm


22.02.2024 - 22:20

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. Xəbər verilir ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb. Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb. Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci də


22.02.2024 - 12:30

Dani Alveşə hökm oxundu

Braziliya yığmasının və "Barselona" futbol klubunun sabiq futbolçusu Dani Alveş 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xəbər verilir ki, ulduz futbolçu gecə klubunda cinsi təcavüzdə təqsirli bilinib.


22.02.2024 - 09:17

“Neftçi” bir futbolçusu ilə yollarını ayıra bilər - FOTO

“Neftçi” bir futbolçusu ilə yollarını ayıra bilər. Məlumata görə, söhbət Mark Tamaşdan gedir. Müdafiəçi ilə Yaponiya klubları yaxından maraqlanır. J Liqasında çıxış edən “Kaşima Antlers” macarıstanlını transfer etmək istəyir. “Neftçi” ilə danışıqlar artıq başlayıb. Flaqman keçid üçün 250 min dollar pul tələb edib. Yaponiya təmsilçisi ödənişi etməyə hazırdır. Mark Tamaşla daha bir Asiya tə


21.02.2024 - 16:08

Bakı metrosu sabah gecə saat 01:00-a qədər işləyəcək 

Fevralın 22-dən fevralın 23-nə keçən gecə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ Futbol Klubu" MMC-nin ev oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.  Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22


19.02.2024 - 14:45

Marca: Mbappe "Real Madrid"lə müqavilə imzalayıb

Fransalı ulduz futbolçu Kilian Mbappe "Real Madrid"lə 2028/29 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Məlumata görə, bu barədə "Marca" məlumat yayıb. Fransa millisinin üzvü iyulun 1-dən "kral klubu"nda forma geyinəcək. Qeyd edək ki, Mbappe  2018-ci ildən PSJ-də çıxış edirdi.


17.02.2024 - 13:31

“Yuventus”un Poqba ilə bağlı planları üzə çıxdı

“Yuventus” futbol klubu növbəti transfer pəncərəsində yarımmüdafiəçi Pol Poqba ilə yollarını ayırmağı planlaşdırır. Bildirilir ki, İtaliya komandası fransıza ümid bəsləmir. Klub ondan və yüksək maaşından qurtulmaq istəyir. Poqba “Yuventus”a 2022-ci ilin yayında keçib. Yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm fransalı futbolçu komandasının iki oyununda iştirak edib və fərqlənə bilməyib.


09.02.2024 - 15:41

Ronaldu “Əl-Hilal” azarkeşlərinə: “Burada mənəm, Messi yox!”

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldu yoldaşlıq görüşündə (0:2) “Əl-Hilal” azarkeşlərinin davranışına emosional reaksiya verib. Ronaldu hər dəfə topa toxunanda “Əl-Hilal” azarkeşləri Lionel Messinin adını səsləndiriblər. Bir epizodda Ronaldu tribunalara işarə edərək deyib: “Burada mənəm... Messi yox!” Xatırladaq ki, “Ən-Nəsr” bundan əvvəl yoldaşlıq görüşündə “İnter Mayami”ni 6:0 hesabı ilə məğlub edib. Ronaldu bu


08.02.2024 - 11:30

Messi azarkeşlərdən üzr istədi 

"İnter Mayami"nin hücumçusu Lionel Messi Çin sosial şəbəkəsi "Weibo"da yeni paylaşım edib.  Xəbər verilir ki, forvard paylaşımında “İnter Mayami” ilə Honq-Konq millisi arasında Konq-Konqda keçirilən keçirilən yoldaşlıq matçında oynaya bilmədiyi üçün azarkeşlərdən üzr istəyib. Messi yazıb:  “Çin və Honq-Konqdakı bütün azarkeşlərə və dostlara salam. Qasıq nahiyəsindən zədə aldığım üçün Honq-Konqda yoldaşlıq görüşündə


06.02.2024 - 10:12

Ulduz futbolçuya 9 il həbs istənildi

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxarılıb. Xəbər verilir ki, zorlamada günahlandırılan keçmiş oyunçuya prokurorluq 9 il həbs cəzası və 150 min avro məbləğində təzminat tələb edib. Dani Alveş bir neçə dəfə verdiyi ifadələri dəyişdiyinə görə onun üzərində şübhələr artıb. Lakin ulduz oyunçu özü zorladığı deyilən qızla münasibətinin hər


05.02.2024 - 17:04

Benzema Messini tənqid edənlərə sərt reaksiya verib

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema sosial şəbəkələrdə “İnter Mayami”nin futbolçusu Lionel Messini tənqid edənlərə sərt reaksiya verib. “Lionel Messini tənqid edənlər futbol haqqında heç nə bilmirlər”, - deyə Benzema yazıb. Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu


05.02.2024 - 09:19

"Arsenal” “Liverpul”u məğlub ETDİ

Futbol üzrə İngiltərə çempionatının 23-cü turu çərçivəsində  “Arsenal” evdə “Liverpul”u qəbul edib. Xəbər verilir ki, Londonda keçirilən görüş 3:1 hesabı ilə başa çatıb. Premyer Liqada turnir cədvəlinə 51 xalla “Liverpul” başçılıq edir, “Arsenal” isə ikincidir (49). Yurgen Kloppun komandası növbəti matçında fevralın 10-da “Bernli”ni qəbul edəcək, ertəsi gün isə londonlular səfərdə “Vest Hem”lə qarşılaşacaqlar.


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39