Cümə, 17 May

Axtarış

faiz” üzrə 1268 nəticə tapıldı

27.04.2021 - 13:38

Türkiyədən sonra Azərbaycanda da karantin sərtləşdiriləcək? - AÇIQLAMA

Azərbaycanda həyata keçirilən vaksinasiya prosesinin təsiri məhdudiyyətlərin sadəcə ictimai nəqliyyatlarla kifayətlənməsində, artan rəqəmlərin isə bir aydan çoxdur stabilləşməsində görünür. Hələlik vaksin olunanlarla bağlı 4 aylıq müddətdə 14 faizlik nəticə əldə olunub. Bu hədəfin yayın sonuna kimi 80 faizə çatdırılacağı gözlənilir. Hazırda ölkədə aktiv xəstələrin sayı 29 007 nəfər təşkil edir. Xəbə


27.04.2021 - 09:15

Kəmaləddin Heydərovun biznes imperiyasında nə baş verir?

“AFB Bank” ASC (ASC) “Xəzri TN” MMC-ni məhkəməyə verib. Xəbər verilir ki, məhkəmə çəkişməsinə səbəb kredit müqaviləsi üzrə mübahisələrdir. İddia artıq icraata götürülüb və 7 may 2021-ci il tarixə hazırlıq iclası təyin edilib. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. “Xəzri TN” MMC 1 oktyabr 1999-cu ildə yaradılıb. Nizamnamə kapitalı 29 483 635 AZN-dir. MMC-nin qanuni təmsilç


26.04.2021 - 17:19

Azərbaycan hərbi xərcləri artırıb, Ermənistan azaldıb - Beynəlxalq təşkilat hesabat açıqladı

2020-ci ildə Azərbaycan hərbi xərcləri 17 faiz artırıb. Bu, Şərqi Avropa ölkələri arasında ən böyük artım sayılır. Artım əsasən Ermənistanla 44 günlük müharibə ilə bağlıdır. Rusiyadan ağır silahları belə pulsuz alan Ermənistanın isə hərbi xərcləri ötən il 2.6 faiz azalıb. Aprelin 26-da Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) hesabat yayıb. Azərbaycan hesabatda dünyada hərbi xə


26.04.2021 - 13:14

Putindən qorxunc qərar: Rus ordusunun “qiyamət silahları”...

“Rusiya hərbi qüvvələri təpədən dırnağa qədər yeni silahlarla gücləndirilib”. Xəbər verilir ki, bu barədə Amerikanın “19FortyFive” nəşri məlumat yayıb. Nəşr Moskvanın nüvə qüvvələrini ardıcıl modernləşdirdiyini iddia edib: “Soyuq müharibə” bitdikdən sonra Rusiyada nüvə silahlarının sayı kəskin şəkildə azalsa da, Moskva hələ də ABŞ ərazisinə çatmağı bacaran raket və bombardmançı təyyarələrdə yerləş


25.04.2021 - 12:37

Sağalma yoluxma sayını üstələdi - Qadağalar nə zaman yumşaldıla bilər?

Azəərbaycanda koronavirus infeksiyasına yoluxmanın üçüncü dalğası yaşanır. TƏBİB-in açıqladığı statistik göstəricilər pik dövrün arxada qalmasından xəbər verir. Bu həftə ərzində yoluxma və sağalma sayları bərabərləşib. Dünənki göstəricidə isə sağalanların sayı xəstələnlənlərdən təxminən 600 nəfər çox olub. Mütəxəssislər hələ ayın əvvəlindən bu vəziyyətin olacağı


25.04.2021 - 11:53

Onların YAP-da, parlamentdə, icra orqanlarında sayı-hesabı yoxdur

Ruslarda “ne poyman, ne vor”, yəni “tutulmamısansa oğru deyilsən” deyə bir ifadə var. Bizdə də oğurluq edib tutulanı da var, tutulmayanı da. Məsələn, Hüseynbala Mirələmov məlum video sayəsində “tutulan oğru” oldu... Ancaq heç kimə sirr deyil ki, bu ölkədə, onun parlamentindən tutmuş bütün digər hakimiyyət qollarına qədər, saysız-hesabsız tutulmayan mirələmovlar var. Özü də bir çox hallarda Mirələmovun “xətasıyla” onları


25.04.2021 - 09:55

Baydenin saxtakarlığı – ABŞ tarixinin qara ləkəsi

ABŞ dünyanın super gücü hesab edilir. Ancaq güc, haqlı olmaq anlamına gəlmir. Alıcılıq qabiliyyəti və dollar ilə neftin qiymətini, milli valyutaların məzənnəsini müəyyənləşdirən, münaqişələri həll etmək üçün söz sahibi olan bir dövlətin gücü həm də ədalətindən keçir. Lakin zaman ötdükcə məlum olur ki, ABŞ ədaləti barədə aparılan təbliğat daha çox mif,


22.04.2021 - 20:11

BAYDENİN PUTİNƏ İKİNCİ HƏMLƏSİ - Rusiyaya qarşı iqtisadi müharibə effektlidirmi?

Bayden hökumətinin anti-Rusiya sanksiyaları “Wall Street”də deyildiyi kimi, “nüvə variantında” dayandırıldı. Həmin sanksiyalar Amerika banklarının Rusiya dövlət borc istiqrazlarını həm rublla, həm də digər valyutalarla almasına qadağa qoyurdu. Lakin Vaşinqton nədənsə “atom bombasını zəiflətmək” qərarına gəlib. Yəni ABŞ şirkətləri buraxılmış istiqrazların alış və satışı ilə məşğul olan ikinci bazarlarda fəaliyyətlərini davam etdirə bilə


21.04.2021 - 10:34

Əlillərə və Qarabağ qazilərinə banklar niyə kredit vermir? - AÇIQLAMA

Bir müddət öncə Ombudsman Azərbaycanda əlillərin ipoteka krediti ilə mənzil alması üçün maneənin aradan qaldırılmasını təklif edib. Ombudsman ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaxşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını, onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-21


20.04.2021 - 20:12

Tikinti materialları da bahalaşıb, amma alver “ölüb”

Martın əvvəllərindən  Azərbaycanda tikinti materiallarının topdansatış qiyməti artıb. Ekspertlərə görə, istehsalçılar və idxalçılar görünür Qarabağda, azad olunmuş torpaqlarda böyük tikinti-quruculuq işlərinin başlayacağını eşidib qiyməti qaldırıblar. Satıcılar deyirlər ki, hələlik anbarlarda qalan mallar satışda olduğundan qiymət artımı o qədər də hiss edilmir. Amma yaxın on- on beş günə mallar yeni qiymə


20.04.2021 - 15:42

Ceyhun Məmmədov: "Azərbaycanda donor orqanı çatışmazlığı maneə olaraq qalmaqdadır"

“ÜST-ün məlumatlarına əsasən, dünyada yerinə yetirilən orqan transplantasiyaları mövcud tələbatın yalnız 10 faizini yerinə yetirir”.  Aldığımız məlumata görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib.  O bildirib ki, Azərbaycanda böyrək və qaraciyər transplantasiyaları həyata keçirilir: “Azərbaycanda donor orqanı çatışmazlığı, meyitdən orqanı


20.04.2021 - 13:21

Deputatın qardaşı oğlu hansı cinayətlərdə ittiham olunub ? — Özəl dosye

Deputat Əhliman Əmiraslanovun dələduzluqda ittiham olunan qardaşı oğlu, 1983-cü il təvəllüdlü Emil Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Əldə etdiyimiz məlumata görə, Emil Əmiraslanov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz tanışı Xəqani vasitəsilə 2019-cu ilin oktyabr ayının ə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41