Bazar ertəsi, 20 May

Putindən qorxunc qərar: Rus ordusunun “qiyamət silahları”...

image

“Rusiya hərbi qüvvələri təpədən dırnağa qədər yeni silahlarla gücləndirilib”.

Xəbər verilir ki, bu barədə Amerikanın “19FortyFive” nəşri məlumat yayıb.

Nəşr Moskvanın nüvə qüvvələrini ardıcıl modernləşdirdiyini iddia edib:

“Soyuq müharibə” bitdikdən sonra Rusiyada nüvə silahlarının sayı kəskin şəkildə azalsa da, Moskva hələ də ABŞ ərazisinə çatmağı bacaran raket və bombardmançı təyyarələrdə yerləşdirilən 1500-dən çox nüvə başlığı da daxil olmaqla, ehtiyatda çox sayda ballistik raketlər saxlayır”.

Mənbə Prezident Vladimir Putinin 2024-cü ilə qədər Rusiya silahlı qüvvələrindəki müasir silah və texnikanın payının 76 faiz olacağını bildirdiyi açıqlamasına diqqət çəkib. Nəşr bu rəqəmin 88 faizi keçəcəyini bildirib.

Nəşr xatırladıb ki, bu qərar Putinin rus ordusu və donanmasının qabaqcıl silah sistemləri, xüsusən də lazer və hipersəs sistemləri ilə təchiz olunacağını elan etdiyi fevraldakı çıxışından sonra verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41