Cümə axşamı, 16 May

Axtarış

covid19” üzrə 1055 nəticə tapıldı

24.08.2021 - 14:35

Azərbaycanda indiyədək koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıb

"Ötən il sentyabrın 15-dən bu günə kimi COVID-19-a yoluxanların statistikası aparılıb". Xəbər verilir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. Onun sözlərinə görə, bu günə kimi 25 370 şagird koronavirusa yoluxub. R.Ağayev həmçinin bildirib ki, məktəb heyətindən isə 15 128 nəfər koronavirusa yoluxub.


24.08.2021 - 14:16

“Payızda yoluxma indikindən dəfələrlə yüksək olacaq” – Rəşad Mahmudov

Azərbaycan səhiyyəsi ötən il yoluxmada 5000 rəqəmlərinə belə hazırlıqlı olduğunu göstərdi. Amma indi yay aylarında 4000 minə çatan rəqəmlər payızda ehtimal olunan rəqəmlərin qat-qat yüksək olmasından xəbər verir. Bunu ARB24-ün gündəm verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, peyvəndlənmə prosesinin sürətlə aparılması lazımdır: “Peyvəndlər böyük dalğ


23.08.2021 - 17:18

İranda ötən sutkada COVID-19-dan 610 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 610 nəfər ölüb. Məlumata görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 102 648 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 38 657 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 4 715 771 nəfərə çatıb.


23.08.2021 - 16:53

DİM sədri valideynlərə çağırış edib

"İxtisas seçimi zamanı abituriyentlər balları yox, hansı sahədə oxumaq, işləmək istəklərini nəzərə alsınlar". Xəbər verilir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, valideynlər övladlarının onların istədiklərini yazmasını tələb edirlər: “Amma valideynlər övladlarını eşitsinlər ki, gələcəkdə problem yaşamasınlar. Hansı


23.08.2021 - 12:36

5-ci dozanın qəbuluna da zərurət yarana bilər - Professordan AÇIQLAMA

Xəstəlik keçirmək və peyvənd olunmaq – hər iki halda orqanizmdə immunitet yaranır. Birincisi təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir. Xəbər verilir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) professoru Sədrəddin Atakişizadə deyib. Onun sözlərinə görə, buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar: “Belə ki, qızılcanı keçirən və ya


23.08.2021 - 10:54

Koronavirusdan evdə müalicə alanlar şəxslərə XƏBƏRDARLIQ

"Koronavirusun Delta ştammı sürətlə yayılsa da, burada ağırlaşma və ölüm faizi digər ştammlardan aşağıdırş İnsanlara tövsiyə edərdim ki, simptomlar görüləndə test verib, həkim məsləhəti ilə müalicə olunsunlar. İnsanlar özlərini evdə müalicə etməsinlər”. Xəbər verilir ki, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev müsahibəsində bildirib. Nazir müavini əlavə edib ki, hazırda koronavirusun müalicəsi üçün ayrılan xə


23.08.2021 - 10:33

Daha 119 nəfər toya buraxılmadı

Avqustun 21 və 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 38 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən bildirilib ki, monitorinq 24 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: - 16 nə


22.08.2021 - 21:50

Ölkədə son sutkada vaksinasiya olunanların sayı açıqlandı - Foto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 191 doza vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 542 nəfərdir. Qeyd edək ki, ölkədə vurulan vaksinlərin dozasının ümumi sayı 6 170 376, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.


22.08.2021 - 18:35

İranda koronavirusa yoluxanların sayı 4 677 114 nəfərə çatıb

İranda ötən sutka ərzində 684 nəfər koronavirusdan (COVID-19) ölüb. Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 102038 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 36419 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4677114 nəfərə çatıb.


22.08.2021 - 16:34

Virusdan cadu ilə qurtulmaq istəyən səhiyyə naziri istefaya göndərildi

Şri Lanka prezidenti koronavirusu cadu ilə müalicə etmək istəyən bir naziri vəzifəsindən azad edib. Xəbər verilir ki, Şri Lanka Prezidenti Qotabaya Racapaksanın qəzəbinə tuş gələn ölkənin səhiyyə naziridir. Nazir Pavitra Vaniaraçi COVID-19-dan qorunmaq üçün yanvar ayında bir cadu vasitəsilə “sehrli iksir” hazırlayıb. Bununla belə, koronavirus ondan yan keçməyib, səhiyyə naziri virusa yoluxub və hazırda reanimasiyadır. Bununla belə, vəzifədən çıxarılmış


22.08.2021 - 15:51

Azərbaycanda üçüncü doza vaksinin vurulması təklifləri irəli sürüldü 

Son günlər COVID-19-a yoluxanların sayının artması ilə əlaqədar həkimlər həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, virusa yoluxanların əksəriyyəti peyvənd olunmayanlardır. Xəbər verilir ki, ilk dozalardan əldə olunan immunitetin daha uzun müddətli olması məqsədi ilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanılıb. Azərbaycanda avqustun əvvəli xəstəxanalarda 808 COVID-19 xəstə


22.08.2021 - 11:52

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 212,162,969 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 4,436,906 xəstə ölüb, 189,793,091 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (38,519,294 nəfər), Hindistan (32,424,234 nəfər), Braziliya (20,556,487 nəfər), Rusiya (6,726,523 nəfər) və Fransadır (6,602,311 nəfər). Türkiyədə 6,197,041, İranda 4,640,695, Gürcüstanda 510,941, Ermənistanda isə 237,249 nəfərdə koronavirus aşkar edilib. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ö


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00