Cümə axşamı, 16 May

Axtarış

covid19” üzrə 1055 nəticə tapıldı

22.08.2021 - 10:34

Hindistan COVİD-19-a qarşı dünyanın ilk DNT peyvəndindən istifadə edəcək

Hindistan dünyada ilk dəfə olaraq koronavirus əleyihinə olan və təcili istifadə üçün nəzərdə tutulmuş DNT peyvəndlərindən istifadəni təsdiqləyib. Xəbər verilir ki, bu yeni vaksin növü "ZyCoV-D" adını daşıyır. Hindistanın peyvənd istehsalçısı "Cadila Healthcare" tərəfindən aparılan araşdırmaya görə, üç dozalı "ZyCoV-D" peyvəndinin vurulması effektlidir. "ZyCov-D" Hindistanda iynəsiz tətbiq olunan ilk COVID-19 peyvəndidir. Vaksin dəriyə nüfuz etmək üçün iynə


21.08.2021 - 17:16

Bir gündə 64 mindən çox insan vaksinasiya olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 714 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 423 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 110 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 667 494 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 442 691 təşkil edir.


21.08.2021 - 11:14

DİQQƏT! - Heyvanlardan insanlara keçən virus xəstəlikləri

İnsanların yüz illər boyu heyvanlarla, hətta vəhşi təbiətlə təmasda olmasına baxmayaraq, bu canlılardan qorxunc virusların insanlara keçməsi daha çox son yüz ildə aşkar edilib. Yaxın zamanlarda yeniyetmə qızın pişik tərəfindən hücuma məruz qalması və xəstəxanaya yerləşdirilməsi mövzunu gündəmə gətirdi. Xəbər verilir ki, heyvanların orqanizmində mikroblar, bakteriyalar, viruslar var ki, onlar asanlıqla, təmas


20.08.2021 - 21:30

ABŞ-da "Pfizer" peyvəndinin istifadəsi tamamilə təsdiq olunacaq

ABŞ Qida məhsuları və Dərman vasitələrinin nəzarəti üzrə İdarəsi BioNTech və Pfizer konsorsiumu tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndi tamamilə təsdiq etməyə hazırlaşır. Xəbər verilir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən bildirib. Qeyd olunub ki, dərmanın istifadəsinin tam təsdiqlənməsi özəl və ictimai təşkilatların məcburi vaksinasiya tətbiq etmək imkanlarını genişlə


20.08.2021 - 18:41

"Vaksindən sonra şokolad qəbul edilməməlidir" - TƏBİB

"Bəzən vaksin olunduqdan sonra insanlar səhvən onlarda qəbul etdiyi qidanın yaratdığı allergik reaksiyanı peyvəndlə əlaqələndirə bilərlər". Xəbər verilir ki, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib. “Eyni zamanda həmin maddələr təsir də göstərə bilər. Buna görə də vaksindən sonra alkaqollu içkilərin, şokaladın qəbulu məsləhət görülü


19.08.2021 - 20:00

"Hamilələr və hamiləlik planlaşdıranlar mütləq vaksin vurdurmalıdır" - AÇIQLAMA

"Dünyada çox nadir bilinən xəstəliklər var ki, bununla mübarizədə vaksin vurdurmamaq düşünülə bilər". Xəbər verilir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. O, hamilələrin və uşaq sahibi olmaq istəyənlərin mütləq peyvənd vurdurmalı olduğunu deyib və bunu ABŞ səhiyyə Nazirliyinin belə tövsiyə etdiyini bildirib: "ABŞ-ın Səhiyyə Nazirliyi 3 gün öncə tövsiyə edib ki, mütləq və mütləq


19.08.2021 - 18:39

"Necə şiddətli, ağır xəstəlikdir" - Bu sözləri yazandan 2 gün sonra vəfat etdi

zərbaycanda müəllim koronavirusun qurbanı olub. Xəbər verilir ki, bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib. İngilis dili müəllimi olan 23 yaşlı Qurbanova 2 gün öncə koronavirusa yoluxması haqda sosial şəbəkədə paylaşım edib: "Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir.. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib".


19.08.2021 - 17:52

İranda son sutkada 564 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 564 nəfər koronavirusdan (COVID-19) ölüb. Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 100255 nəfərə çatıb. İranda ötən sutka ərzində 31266 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4587683 nəfərə çatıb.


19.08.2021 - 14:52

"Delta"nın yeni ştamı yayıldı - Vaksin vurduranlar da yoluxur

İsveçdə koronavirus pandemiyasının yeni növü olan "Delta" ştammının yeni mutasiyası yayılıb. Xəbər verilir ki, azı səkkiz nəfər yeni mutasiyaya yoluxub. Onların hamısı Portuqaliyadan və İspaniyadan qayıdanlardır. Eyni zamanda, isveçli mütəxəssislər yeni mutasiyanın nə qədər yoluxucu olması barədə məlumata sahib deyillər. Həmçinin, xəstələr arasında COVID-19 peyvəndinin hər iki dozasını vurduran şəxslər də var.


19.08.2021 - 12:56

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 210 128 977 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 4 405 874 xəstə ölüb, 188 241 832 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (38 072 656 nəfər), Hindistan (32 320 898 nəfər), Braziliya (20 458 221 nəfər), Rusiya (6 663 473 nəfər) və Fransadır (6 533 383 nəfər). Türkiyədə 6 138 452, İranda 4 556 417, Gürcüstanda 496 376, Ermənistanda isə 235 675 nəfərdə koronavirus aşkar edilib. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ö


19.08.2021 - 12:36

Jirinovskidən təklif: "Bu ölkəni bölək"

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Əfqanıstan böhranı ilə bağlı 3 həll variantı təqdim edib. Xəbər verilir ki, o, həll variantlarından biri kimi bu ölkənin daxili işlərinə qarışmamağı tövsiyə edib. “Heç nə etmirik, heç kimi tanımırıq. Qoy, hər şey öz axarı ilə getsin. İkincisi, Tacikistan, Türkmənistan və Özbəkistana güclü dəstək veriririk ki, Əfqanıstandan hər hansı müdaxilə olmasın. Üçüncü


19.08.2021 - 11:38

Çində 3 yaşdan yuxarı uşaqlara vaksin vurulacaq

Çində üç yaşdan yuxarı uşaqlar peyvənd olunacaq. Xəbər verilir ki,17 yaşadək olan ölkə sakinləri Uxan laboratoriyasında yaradılmış “Sinopharm” vaksini ilə peyvənd olunacaq. Yetkinlik yaşına çatmayanlara yalnız ekstremal hal baş verən zaman vurulacaq. Uşaq peyvəndinin effektivliyinin 96.1% və preparatın tamamilə təhlükəsiz olduğu barədə istehsalçı zəmanət verib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58