Şənbə, 18 May

Axtarış

bakı” üzrə 5194 nəticə tapıldı

26.04.2024 - 21:55

Bu tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütlə


26.04.2024 - 16:23

Bakıda 14 yaşlı oğlan qonşusunu bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib. Xəbər verilir ki, hadisə Binə qəsəbəsində yaşanıb. 2006-ci il təvəllüdlü Adişli Tacir Daxil oğlu qonşusu, 14 yaşlı şəxs tərəfindən bıçaqlanıb. T.Adişli kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Fakt Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdı


26.04.2024 - 15:40

Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında əvvəlki aya nisbətən iki pillə geriləyərək 38,32 Mb/san sürətlə 117-ci yerdə qərarlaşıb. Bu, bir il əvvəlki göstərici (27,84 Mb/san) ilə müqayisədə 38% artım deməkdir. Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (284,13 Mb/san), sonuncu yeri isə Kuba (2,92 Mb/san) tutub. Azərbaycan mobil internetin sürə


26.04.2024 - 10:28

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sü


26.04.2024 - 10:02

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - FOTO

Bakıda gənc qız dəm qazından boğulub. Məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılı


26.04.2024 - 09:30

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. Xəbər verilir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb. Doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb. Fakt araşdırılır.


24.04.2024 - 17:22

Göyçə və Zəngəzurun xəritəsi masaya qoyuldu: Bakının SON ŞƏRTİ

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Tofiq müəllim, Almatı razılaşmasına əsasən ilkin olaraq sərhədlərin delimitasiya və demarkasiyasının başlanıldığı açıqlandı. Sizcə, bu razılaşma hər iki tərəf üçün nə dərəcədə məqbuldur? - Burada Almatı prinsipləri əsasında iş aparılır. Çünki Almatı razılaşması


24.04.2024 - 11:02

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qəbələdə 9 mm, Qax,


24.04.2024 - 10:39

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündü


24.04.2024 - 09:21

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır.  Əldə etdiyimiz məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq.  Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəlif növ ağaclar, gül və kol bitkiləri ilə yanaşı müasir işıqlandırma sistemlərinin quraşdırılması


24.04.2024 - 09:00

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir.  Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib. “Xətai rayonu Lütfi Zadə küçəsində fəaliyyət göstərən “


23.04.2024 - 19:51

Paşinyanın 4 kəndi geri qaytarmasının ƏSL SƏBƏBİ

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus 4 kəndin geri qaytarılması reallığını anlamasının səbəblərindən biri növbəti müharibədə məğlub olacağını anlamasıdırsa, digər səbəbi İkinci Qarabağ müharibəsindən sonra ordudakı islahatları sürətləndirə bilməməsidir. Ermənistan hökuməti ordu islahatlarının ümumi konsepsiyasını hələ formalaşdıra bilməyib. Ermənistan ordusu yerində sayarkən, Azərbaycan Ordusu


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41