Bazar, 05 May

Axtarış

bakı” üzrə 5140 nəticə tapıldı

13.04.2024 - 19:04

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. Xəbər verilir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi “Yamaha R15” markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.


13.04.2024 - 16:22

Bakıda maşın bazarında güclü yanğın baş verib

Babək prospektində fəaliyyət göstərən maşın bazarında yanğın baş verib.  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı”nın ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və mağazada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qı


13.04.2024 - 09:17

Bakıya bu tarixdən “yay istiləri“ gəlir

Bakıda və Abşeron yarımadasında aprelin 19-da gündüz havanın temperaturu 26 dərəcə isti təşkil edəcək. Xəbər verilir ki, bu da ötən günlərə nisbətən 4-5 dərəcə isti deməkdir. Aprelin 20-si və 21-i gündüz havanın temperaturu 27 dərəcə olacaq. Aprelin 20-si və 21-i gecə 15 dərəcə isti olacaq.  


11.04.2024 - 19:30

İrəvan 4 kəndin əvəzinə nə istəyir? - Hərbi ssenari...

Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsi ətrafında “sürüşkən” mövqeyinə qayıdıb. Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ay Tavuşa səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” və “delimitasiyanı Tavuşdan başlaya bilərik” desə də, onun müavini, delimitasiya üzrə komissiyanın sədri Mger Qriqoryan


11.04.2024 - 13:50

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR - VİDEO

Bakıda tikilməkdə olan metronun “B04” stansiyasının görüntüləri yayılıb. Xəbər verilir ki, hazırda tikinti işləri sürətlə aparılır. Qeyd edək ki, bu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) istifadəyə veriləcək sayca 28, bənövşəyi xəttin isə beşinci stansiyasıdır. Ətraflı videomaterialda:


11.04.2024 - 13:27

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü

Bakıda qətl hadisəsi olub. Xəbər verilir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada naməlum şəxslə 31 yaşlı Anar Malik oğlu Quliyev arasında mübahisə yaranıb. Nəticədə A.Quliyev bıçaqlanıb və Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o dünyasını dəyişib. A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib.


11.04.2024 - 13:06

Şəkidə itkin düşən 16 yaşlı qız Bakıda tapıldı

Şəki şəhərində itkin düşən 16 yaşlı qız tapılıb. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.  Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetmə Bakı şəhərində tapılıb. Araşdırma aparılır.


11.04.2024 - 12:43

Sabah 25 dərəcə isti olacaq

Aprelin 12-də gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb. Xəbər verilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-12° isti, gü


10.04.2024 - 21:44

Rusiya XİN İrəvana XƏBƏRDARLIQ etdi

Rusiya Azərbaycan və Ermənistanı hərbi ritorikanı azaltmağa çağırıb. Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı erməni jurnalistin sualına cavabında bildirib. O, ötən brifinqlərdə bu məsələyə toxunduğunu söyləyib. “Biz tərəfləri hərbi ritorikanı azaltmağa ç


10.04.2024 - 17:40

İsrailin COP-29 rəsmisi Bakıya gəldi 

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib. Xəbər verilir ki, bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik “X”dəki hesabında yazıb. “İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - diplomat qeyd edib. Qeyd edək ki,


10.04.2024 - 10:55

Sabah Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət


09.04.2024 - 19:26

Azərbaycan millisi İsveçrəyə məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib. B Liqasının I qrupunun matçında komandamız rəqibinə 0:4 hesabı ilə uduzub. Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyə


Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15