Şənbə, 11 May

Axtarış

Zəlzələnin” üzrə 174 nəticə tapıldı

07.05.2024 - 20:30

Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verdi

Ermənistan-Azərbaycan sərhədində 2 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb. Yeraltı təkanlar mayın 7-də saat 20:40-da Şoqakat kəndindən 19 kilometr şimalda qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.


06.05.2024 - 10:21

Qazaxıstan - Qırğızıstan sərhədində güclü zəlzələ olub

Qazaxıstanla Qırğızıstan sərhədində 5,7 bal gücündə zəlzələ baş verib.  Xəbər verilir ki, yeraltı təkanlar mayın 6-da saat 9:12-də, Almatıdan 194 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.     


19.04.2024 - 13:18

İzmirdə zəlzələ oldu

Türkiyənin İzmir şəhərində 4,5 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, AFAD-dan verilən açıqlamaya görə, zəlzələnin yerin təxminən 7 km dərinliyində baş verdiyi bildirilib.


17.04.2024 - 15:33

Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın Şikoku şəhərində 6,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı yerin 41 kilometr dərinliyində yerləşib. Mümkün dağıntı və tələfat, eləcə də sunami xəbərdarlığı barədə hələ ki, məlumat yoxdur.


14.04.2024 - 14:37

Yunanıstanda zəlzələ oldu

Yunanıstanda 4,5 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb. Belə ki, saat 05:02-də baş verən zəlzələnin gücü 4,5 bal olub. Zəlzələnin yerin təxminən 9,2 kilometr dərinliyində baş verdiyi bildirilib.


10.04.2024 - 09:19

Bu ölkədə 6 bal gücündə zəlzələ oldu

Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima vilayətində 6 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, zəlzələ vilayətdə yerləşən bir çox şəhərdə hiss edilib. Zəlzələnin episentri yerin 40 kilometr dərinliyində qeydə alınıb.  Yaponiya hökuməti sunami ilə bağlı narahatlığın olmadığını açıqlayıb.


30.03.2024 - 18:48

Gürcüstanda altı dəqiqə fərqlə zəlzələlər baş verdi

Gürcüstanda eyni vaxtda iki zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Geoloji Elmlər İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.  Yerli vaxtla saat 17:44-də 4,8 bal gücündə birinci, saat 17:50-də isə 4,0 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Gürcüstanın qərbində, Oni şəhərindən cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 5 km dərinlikdə olub.


30.03.2024 - 16:00

Türkiyədə növbədənkənar prezident seçkisi?

“Kommersant” nəşri qardaş ölkədə sabah keçiriləcək bələdiyyə seçkilərindən və Prezident Ərdoğanın mümkün planlarından yazıb Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkiləri Rusiya mediası da diqqətlə izləyir. Musavat.com xəbər verir ki, “Kommersant” nəşri sabahkı seçki ilə bağlı geniş təhlil dərc edib. Rusiya nəşrinin qiymətləndirməsinə görə, bu seçki 2028-də olacaq prezident seçkisinin


24.03.2024 - 09:01

Azərbaycanda zəlzələ oldu

Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeralt təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələ 3 maqnitudada olub. Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.


06.03.2024 - 08:55

Azərbaycanda zəlzələlər qaçılmazdır: “4-6 bal gücündə...” - ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, martın 4-də Türkiyənin Çanaqqala vilayətinin Yenice rayonunda zəlzələ baş verib. Bu haqda AFAD-ın yaydığı məlumatda deyilir ki, yeraltı təkanlar 4,9 bal gücündə olub. Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss edilib. Göründüyü kimi, Türkiyədə zəlzələ kabusu bitmək bilmir. Görəsən, bu zəlzələ növbəti güclü zəlzələnin xəbərçisi ola bilərmi? Qeyd


05.03.2024 - 11:00

Türkiyədə güclü zəlzələ: İstanbulda da hiss edildi

Türkiyənin Çanaqqala bölgəsində zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Axşam saatlarında baş verən yeraltı təkanlar İstanbul və ətraf vilayətlərdə də hiss olunub. Məlumata görə, 4,9 bal gücündə zəlzələnin ocağı yerin 10,44 kilometr dərinliyində olub. Dağıntılar və tələfat barədə məlumat


03.03.2024 - 13:36

Monqolustanda güclü zəlzələ oldu

Bu gün Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb. Qeydə alınan zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündə


Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44