Bazar ertəsi, 20 May

Axtarış

Su” üzrə 17616 nəticə tapıldı

07.05.2024 - 15:28

Bu ailələrin övladları təhlükə qarşısındadır - XƏBƏRDARLIQ

“Autizm diaqnozu yalnız uşaqlara qoyula bilər” fikri tamamilə yalnışdır.  Xəbər verilir ki, bu sözləri “Birgə və Sağlam” İctimai Birliyi və DOST Agentliyinin “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə Birliyin nəzdindəki Autizm Mərkəzində keçirilən seminarda mərkəzin mütəxəssisi, psixoloq Aynur Qəribova bildirib. Onun sözlərinə görə, həmin diaqnoz istənilən yaşda özünü göstərir:  “Autizm diaqnozu istə


07.05.2024 - 15:06

Gəncədə vəzifəli şəxs həbs olundu

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.  Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən mə


07.05.2024 - 14:43

Sumqayıtda işıq dirəyi aşdı: bu qəsəbə işıqsız qaldı

Avtomobil qəzası nəticəsində Sumqayıt şəhərində işıq dirəkləri aşıb. Xəbər verilir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib: "Ərazidən keçən avtomobil yoldan çıxaraq elektrik dirəklərindən birini aşırdıb və həmin dirəyin kabellərinin dartılması nəticəsində daha bir dirək də aşıb. Hazırda hadisə yerində Azərişıq ASC-nin


07.05.2024 - 13:20

"Demarkasiyanı dayandırsaq, müharibə başlayacaq" - Paşinyan

"Demarkasiya prosesinin dayandırılması, yəni Ermənistanın təhlükəsizlik zəmanətlərinin formalaşdırılması prosesinin dayandırılması, suverenliyinin yaradılması prosesinin dayandırılması təklif edilir". Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib. "Hörmətli din xadimləri, jurnalistlər, deyək ki, bu gün günortadan etibarən prosesi dayandırırıq, bəs bundan sonra nə olacaq? Bundan


07.05.2024 - 11:25

Bu gün 4 rayonda qaz olmayacaq

Bu gün Bakının Binəqədi, Xəzər və Sabunçu rayonlarında, həmçinin Tovuz rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Xəbər verilir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” Neft-Qazçıxarma İdarəsinə (NQÇİ) məxsus 3 qaz ölçü qovşağında daraldıcı qurğuların ə


07.05.2024 - 11:04

Bazar günü Azərbaycan dili imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçircək. Xəbər verilir ki, mayın 12-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin mə


07.05.2024 - 10:14

Yağışlı hava nə vaxta kimi davam edəcək? 

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 9-u gündüzədək davam edəcək.  Xəbər verilir ki, bu abərədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu məlumat yayıb.  “Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında mayın 8-i gündüzədək


07.05.2024 - 09:36

Kreml elan etdi: Böyük müharibəyə hazırlaşır 

Moskva açıq şəkildə bəyan edib ki, NATO qüvvələri Ukraynaya gətirilərsə, Rusiya ilə silahlı münaqişə yaranacaq.  Xəbər verilir ki, bu fikri britaniyalı ekspert Aleksandr Merkuris deyib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti taktiki nüvə silahlarının daxil olduğu təlimlərə başlayır və Qərb ordularının Ukrayna ərazisinə mümkün yerləşdirilməsinə hazırlaşır: “Bu, Ukrayna ordusunun NATO silahları ilə Rusiya ərazisinə zərbə endirməyə, həmç


07.05.2024 - 09:00

Türkiyə “S-400“ləri bu ərazidə yerləşdirir 

Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini İraq sərhədində, terror təşkilatı PKK-ya qarşı istifadə edə bilər.  Xəbər verilir ki, bu barədə “Forbes” jurnalı yazıb.  Qeyd olunub ki, Türkiyə və Yunanıstan üçüncü ölkələrə Rusiya raketlərini göndərmək niyyətində deyil:  “Türkiyə və Yunanıstan son günlər ayrı-ayrı bəyanatlarında Rusiya istehsalı olan strateji hava hücumundan müdafiə raket sistemlərinin Ukraynaya və ya hər hansı başqa ölkəyə


06.05.2024 - 19:32

Messi yeni rekorda imza atıb

ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS-də “Nyu-York Red Bullz”a qarşı keçirilmiş oyunda (6-2) yeni rekordlara imza atıb. Xəbər verilir ki, 36 yaşlı hücumçu komandasının 6 qolunun hamısının vurulmasında yaxından iştirak edib. Argentinalı forvard bu görüşdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Ulduz oyunçu karyerasında heç vaxt bir matçda bu qədər assist etməyib. Forvard buna qədər 7 fərqli


06.05.2024 - 18:25

Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq

May ayının gəlişi ilə artıq bazarlarda bir sıra mövsümi meyvə və tərəvəzlərin artmasını müşahidə edirik. Lakin təqdim olunan məhsulların, xüsusən pomidor və xiyarın qiymətində ciddi ucuzlaşma müşahidə olunmur. Bir çoxları bunun hava şəraitinin dəyişməsi ilə əlaqəli olduğunu deyir. Bəs görəsən, bazarda mövsümi meyvə və tərəvəzlərin qiyməti nə vaxt ucuzlaşacaq? Ümumiyyə


06.05.2024 - 17:43

Aytən Ələkbərova dəhşətli faktlar açıqladı: “Onlar boşanmış qadınları yoldan çıxarırlar”

Son vaxtlar sosial şəbəkələrdə bəzi psixoloqların boşanmış və ya boşanmaq istəyən qadınlara tamamilə yanlış yol göstərdiyi ilə bağlı iddialar səslənir. Onlar psixoloqların qadınları səhv addım atmağa sövq etdiyini bildirirlər.  Məsələ ilə bağlıdanışan  psixoloq Aytən Ələkbərova bu cür psixoloqların kifayət qədər çox olduğunu bildirib:  “Son dövrlər boşanmaların sayının artması


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41