Şənbə, 18 May

Axtarış

Rusiya” üzrə 7255 nəticə tapıldı

21.10.2021 - 20:58

Rusiya şirkətləri Azərbaycan ərazilərinin bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova

Rusiyanın iqtisadi operatorları postkonflifkt ərazilərin bərpasında iştirak etməyə hazırdırlar. Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiyanın biznes missiyası bu il iyulun 23-də Bakıda səfərdə olub. “Rusiyanın yerli şirkətlər qrupu 17-18 noyabr tarixlərində yenidən Azərbaycana səfər etməyi


21.10.2021 - 17:26

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO

Rusiyanın dünyaca məşhur “Maşa və ayı” cizgi serialının yeni mövsümündə bir seriya Azərbaycana həsr olunub. Belə ki, dəcəl qız öz oyuncaqlarına “Məlikməmməd” nağılını (daha müasir versiyada) danışır. “Uzaq-uzaq diyaralarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayır. Bu nağılı da elə onlar mənə danışıblar”, - deyə başlayan cizgi seriyasında “


21.10.2021 - 16:45

Arutyunyan Qarabağdakı qanunsuz silahlı dəstələri buraxır

Özünü hələ də qondarma “dqr prezidenti” adlandıran Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində qalan qanunsuz silahlı birləşmələri (onları müharibəyə qədər “dqr müdafiə ordusu” adlandırırdılar) buraxmağa hazırlaşır. Xəbər verilir ki, bu haqda Ermənistan parlamentində Qarabağdan olan erməni köçkünlərin problemlərinin müzakirəsi zamanı açıqlanıb. Müzakirələr parlamentin insan haqları və


21.10.2021 - 16:25

ABŞ-ın sensasion planı: İran məhv edilir - Video

Az qala 40 ildir ABŞ sanksiyaları altında yaşayan, son illərdə isə az qala bütün ixracına, əməliyyatlarına qadağa qoyulan İran necə dözə bilir? Ölkənin əsas sərvəti karbohidrogen ehtiyatlarıdır. ABŞ-ın qoyduğu qadağalar səbəbindən bu ehtiyatlar satılmır və yaxud çox aşağı qiymətə məhdud həcmdə ən yaxşı halda Çinə verilir; Tehran heç bir yeni texnologiya ala bilmir – nəqliyyat və hərbi təyyarələri kö


21.10.2021 - 15:20

İstanbulda 4 rus casusu yaxalandı - Çeçen müxalifətçilərə hücum planının üstü açıldı

İstanbulda dörd əcnəbi siyasi və hərbi casusluq ittihamıyla saxlanıb. Onların dördü Rusiya, qalanları Özbəkistan və Ukrayna vətəndaşlarıdır. Həmin şəxslərin Türkiyədə yaşayan çeçen müxalifətçilərə hücum hazırladığı, bu məqsədlə silah aldığı bildirilir. Xəbəri yayan “Hürriyet” qəzeti həbs olunanların adlarını da açıqlayıb. Rusiyalılar Abdulla Abdullayev, Rövşən Əhmədov, Beslan Rasayev və Aslanbek Abdulmüslimovdur.


21.10.2021 - 12:19

Rusiyada gündəlik yoluxma 36 mini keçdi

Rusiyada son sutka ərzində daha 36 339 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. Xəbər verilir ki, ölkədə COVID-19-a yoluxanların sayı 8 131 164 nəfərə çatıb. Ötən gün Rusiyada 1036 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 227 389 nəfərə çatıb. İndiyədək 7 091 607 xəstə sağalıb.


21.10.2021 - 09:00

Rusiyada bir həftə iş olmayacaq

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-dan noyabrın 7-dək ölkədə qeyri-iş günləri elan edib.  Xəbər verilir ki, qərar ölkədə pandemiya ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar qəbul edilib.  Qeyri-iş günlərində əmək haqqı saxlanılacaq.  Xatırladaq ki, Rusiyada son günlər koronavirusla bağlı vəziyyət pisləşib. Son 24 saatda ölkədə 34 073 nəfər koronavirusa yoluxub, 1028 nəfər ölüb. İndiyədək ölkədə 8 094 825 nəfə


20.10.2021 - 21:30

Avropa liderləri qazın qiymətini müzakirə EDƏCƏK

Avropa Birliyinin rəhbər şəxsləri sammitə toplaşır. Xəbər verilir ki, sammit oktyabrın 21-də baş tutacaq. Sammitdə qanunsuz miqrasiya ilə yanaşı, təbii qazın bahalaşması və Rusiya ilə münasibətlər diqqətə alınacaq.


20.10.2021 - 18:40

Azərbaycanda anası tərəfindən atılan azyaşlı qızdan yeni xəbər var - VİDEO

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb”.  Bunu açıqlamasında Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib: “


20.10.2021 - 17:33

Rusiya qərar qarşısında - Ya Ermənistan, ya da Cənubi Qafqaz?

Qərbin, ABŞ-ın Cənubi Qafqazla bağlı planları ən çox Rusiyanın bölgədəki fəaliyyətini neytrallaşdırmağa hesablanıb. Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin gürcü həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı "altılıq platforması"nın yaradılmasına münasibət bildirərkən etdiyi açıqlamalar da açıq şəkildə rəsmi Moskvaya xitab edildi. Belə anlaşıldı ki, Qərb Rusiyanı Cə


20.10.2021 - 17:15

İranın "killer" PLANI - Tehran terrorçuları niyə gizlədir?

Azərbaycanla düşmənçilik niyyəti İranın köhnə peşəsi imiş. Biz bunu 44 günlük müharibədən sonra daha dəqiq öyrənə bildik. Azərbaycan Ordusunun 30 illik işğala son qoymaq üçün apardığı haqq savaşı dosta sevinc, düşmənə dərd verdi. Elə müharibənin ilk "akkordlarından" hansı dövlətlərin, hansı qüvvələrin Azərbaycana qarşı çıxdığı çox aydın şəkildə göründü. Qərbin erməni lobbisi tərəfindən maliyyələş


20.10.2021 - 16:17

Sergey Lavrov Taliban rəsmiləri ilə GÖRÜŞÜR

Hazırda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Taliban nümayəndə heyəti arasında Moskvada mətbuata qapalı görüş keçirilir. Xəbər verilir ki, Taliban nümayəndə heyətinə Əfqanıstandakı müvəqqəti hökumət başçısının müavini Əbdül Salam Hənəfi rəhbərlik edir. Qeyd edək ki, bu, Rusiya və Taliban arasında olan üçüncü belə görüşdür.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41