Çərşənbə, 24 Aprel

Arutyunyan Qarabağdakı qanunsuz silahlı dəstələri buraxır

image

Özünü hələ də qondarma “dqr prezidenti” adlandıran Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində qalan qanunsuz silahlı birləşmələri (onları müharibəyə qədər “dqr müdafiə ordusu” adlandırırdılar) buraxmağa hazırlaşır.

Xəbər verilir ki, bu haqda Ermənistan parlamentində Qarabağdan olan erməni köçkünlərin problemlərinin müzakirəsi zamanı açıqlanıb. Müzakirələr parlamentin insan haqları və ictimai məsələlər üzrə daimi Komissiyası tərəfindən təşkil edilib. Araikin “dqr ordusunu” buraxmağa hazırlaşdığını isə özünü “Şuşadan qaçqın düşmüş erməni əhalisi” adlı QHT-nin şurasının üzvü kimi təqdim edən Aşot Arutyunyan çatdırıb.

“Mən ondan soruşdum: “kim sənə bu haqqı verib?”, cavab verdi ki, “azərbaycanlılar tələb edir”, - Aşot Arutyunyan deyib.

Xatırladaq ki, darmadağın edilmiş erməni ordusunun təxminən 10-15 minlik qalıqları 44 günlük müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalıb. Bu qanunsuz silahlı birləşmələr bir neçə dəfə təxribatlar törədiblər, Azərbaycan tərəfi həmin dəstələrin tərksilah edilməsini tələb edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37