“Qızıl” üzrə 460 nəticə tapıldı
Bir sıra infeksion xəstəliklər sadalanan simptomlarla, yəni hərarətin yüksəlməsi, ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma və s. ilə həm uşaqlar, həm də böyüklərdə rast gəlinə bilər. Xəbər verilir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, hazırda payız fəsli olmasını nəzərə alaraq daha çox virus diareyalarının olması
Dələduzluqda təqsirləndirilən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkuta hökm oxunub. Xəbər verilir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Aytac Əliyeva 7 il, bacısı İ
Qızılcaya qarşı bir dəfə vaksin olunan uşaqlar virusa yenidən yoluxa bilərlər. Xəbər verilir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında həkim Adil Qeybulla deyib. Həkim bildirib ki, yayılan qızılcanın hansısa virusdan qaynaqlandığı ilə bağlı yayılan iddialar əsassızdır. Onun sözlərinə görə, hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Həkim qızılcadan ölü
Hazırda Azərbaycanda və digər ölkələrdə sürətlə yayılan qızılca xəstəliyi ilə əlaqədar az qala həyəcan təbili çalınmaqdadır. Adətən, uşaqların yoluxduğu bu virus artıq böyüklər arasında da müşahidə edilməyə başlayıb. Elə bu səbəbdən, qızılca xəstəliyinə qarşı peyvəndləmə də aktuallaşıb və özü ilə bərabər bir çox sualların yaranması
2021-ci il təvəllüdlü azyaşlı Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub. TƏBİB-dən bildirilib ki, azyaşlı 30.11.2023-cü il tarixində saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəiflə
İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə bağlı açıqlama verib. Bəs, doğurdan da qızılcaya yoluxma hallarında ciddi təhlükə gözlənilirmi? Xəbər verilir ki, Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayı
"Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur". Xəbər verilir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib. Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır. TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağı
Paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Qeyd edə
Sabirabadda 1 yaşlı uşaq ölüb. Xəbər verilir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub. İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir. Araşdırma aparılır.
Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib. Xəbər verilir ki, bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib. Direktor, həmçinin məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərini
"Hazırda qızılcaya yoluxanların sayının sürətlə artmasının şahidi oluruq. Sual yaranır ki, icbari dispanserizasiya aparılanda peyvəndləmənin nə qədər az olması ilə bağlı statistika aparılıbmı?" Xəbər verilir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Müşfiq Məmmədli deyib. "Bu gün qızılcaya yoluxmanın artmasının əsas səbəbi əhali arasında vaksiyanın aparılmamasıdır.
Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli əhali arasında xəstəliyin yayılma halları qeydə alınıb. Məlumata görə, yoluxma əsasən, uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i yəni, 35 nəfər yaşlı insanlar arasında olub. Bununla ə