Cümə, 03 May

Uşaqların qızılcaya yoluxması ilə bağlı VACİB AÇIQLAMA - VİDEO

image

Qızılcaya qarşı bir dəfə vaksin olunan uşaqlar virusa yenidən yoluxa bilərlər.

Xəbər verilir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında həkim Adil Qeybulla deyib.

Həkim bildirib ki, yayılan qızılcanın hansısa virusdan qaynaqlandığı ilə bağlı yayılan iddialar əsassızdır.

Onun sözlərinə görə, hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Həkim qızılcadan ölümün əsas səbəblərini də açıqlayıb.

Adil Qeybulla hesab edir ki, epidemioloji vəziyyətin pisləşməsi uşaqların müəyyən qisminin peyvənd olunmaması ilə bağlıdır.

O əlavə edib ki, valideynlərin bu məsələyə vaxtında ciddi yanaşmaması vəziyyəti bir qədər çətinləşdirib. Nəticədə yoluxmalar kəskin artıb.

Həkim sonda deyib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, icbari peyvəndləmə başlanmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15