Cümə axşamı, 16 May

Axtarış

Moskva” üzrə 1410 nəticə tapıldı

05.03.2022 - 10:01

ABŞ kəşfiyyatı xəbərdarlıq etdi: Rusiya Ukraynaya 1000 muzdlu göndərir

Rusiya yaxın günlərdə Ukraynaya daha 1000 muzdlu əsgər göndərməyi planlaşdırır. Ukraynanı "qana boyamağa" gedən muzdlular lazımi silah və sursatla təchiz olunublar. Məlumata görə, bu barədə yüksək rütbəli ABŞ kəşfiyyatının rəsmisi xəbərdarlıq edib. Onun fikrincə, Moskva "şəhərləri ələ keçirəcək qədər bombalaya" bilər ki, bu da mülki əhalinin xeyli itkisinə səbəb ola bilər.


04.03.2022 - 10:23

Rüstəm Muradov Qərbin “qara siyahı”sına niyə düşdü - Müəmma üzə çıxdı

Bakıdan erməni əsirləri daşımaqdan başqa işi olmamış Rusiya sülhməramlılarının keçmiş komandanı, general Rüstəm Muradov da Qərbin “qara siyahı”sına düşüb. Siyahıda digər rəsmi şəxslər və hərbçilərlə birlikdə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradovun yer alması kifayət qədər maraq doğurur. Ümumilikdə, Avropa İttifaqı sanksiya siyahısına yeni fiqurantlar daxil edib və


03.03.2022 - 20:15

Putindən Makrona: “Bütün Ukraynanı ələ keçirəcəyəm”

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığında ölkəsinin bütün Ukraynanı ələ keçirmək üçün hücumları davam etdirəcəyini bildirib və kompromislərdən imtina edib. Xəbər verilir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb. Kreml rəhbəri Makronun diqqətinə çatdırıb ki, əməliyyat planı Moskvanın planına uyğun şəkildə davam edir: “Prezident Makron həmkarı Putinin dediklərini nəzərə alaraq, ən pis vəziyyətin hə


02.03.2022 - 15:56

Lavrovdan sanksiyalarla bağlı açıqlama

“Rusiyanı dünyadan təcrid etmək mümkün deyil, müttəfiqlərimiz var”. Xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O bildirib ki, Rusiyanı dəstəkləyən kifayət qədər dövlət var. Lavrov rəsmi Moskvanın Ukrayna ilə danışıqların ikinci mərhələsinə hazır olduğunu qeyd edib: “Amma Ukrayna ABŞ-ın göstərişi ilə görüşün vaxtını uzadır”.


02.03.2022 - 15:36

Böyük plan - Ukrayna iki hissəyə bölünür: Şərqi və Qərbi Ukrayna...

Vaxtilə Qərbi Ukraynanı işğal edən Polşa: Tarix 100 il sonra təkrarlanır. Diqqət ediriksə, Rusiya qoşunları daha çox Ukraynanın şərq hissəsini amansız bombardmana məruz qoyur. Bu baxımdan Xarkov xüsusilə diqqət çəkir, şəhər misli görnməmiş dağıntılara məruz qalıb. Paytaxt Kiyevin vurulması isə fərqli strateji yanaşma tələb edir. Ortada çox ciddi tarixi səbəblər var. 1934-cü ilə qədər Ukraynanın paytaxtı onun şərq hissə


02.03.2022 - 12:08

Rusiya-Ukrayna müharibəsi: Lukaşenko Moskvanın planını xəritədə göstərir – ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin yaratdığı çatların miqyası getdikcə genişlənir və bəşəriyyətin taleyini dramatikləşdirir. Proseslərin rəngini tündləşdirən isə müharibədə iştirakçı sayının artması təhlükəsidir. Başda Britaniya olmaqla digər NATO ölkələri Ukraynaya dəstək üçün hərbi yardımını əsirgəmir, bu yandan da Belarus Moskva tərəfə əyilərək öz ölkəsi ərazisindən Kiyevə hücumlara xeyir-dua verir. İlk anlarda ölkəsinin hüdudları


01.03.2022 - 18:19

Rusiya-Ukrayna müharibəsi: Nüvə silahları tətbiq edilə bilərmi? - TƏHLİL

Rusiyanın Ukraynanı və NATO-nu özünün strateji çəkindirmə qüvvələri ilə, yəni nüvə silahları ilə təhdid etməsi ABŞ-da elə də dərin narahatlıqlar yaratmır. Rusiya bu hədəsini danışıqlarda üstünlük qazanmaq və şərtlərini qəbul etdirmək üçün vasitə kimi dövriyyəyə salır – ABŞ-da yəqin ki, indi bu fikir hakimdir. ABŞ Prezidenti Co Bayden Vaşinqton və Moskva arasında gərginliyin nüvə müharibəsinə çevrilə biləcə


28.02.2022 - 16:26

Tahir Kərimlini ölümlə hədələyən şəxs axtarılır

Bu barədə deputat özü məlumat verib. Tahir Kərimli araşdırmanın gedişatı ilə maraqlandığını söyləyib: “Anamın vəfatının ildönümü ilə əlaqədar bir neçə gündür paytaxtda deyildim. Amma müvafiq orqanlara müraciət etmişdim və araşdırma aparılır. Mənə təhdid məktubu yazan şəxsin adı, soyadı, Moskva ünvanı məlumdur. Qalanı hüquq-mühafizə orqanlarının işidir. Prosesin gedişatına mane olmamaq üçün daha artı


28.02.2022 - 14:33

“Lukaşenko hər an orduya Ukraynaya girməyi əmr edə bilər” - Ukrayna XİN

Ukrayna XİN başçısı Dmitri Kuleba bu gün, fevralın 28-də xarici jurnalistlər üçün keçirilən brifinqdə təsdiqləyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko istənilən an Belarus ordusunun Ukrayna ərazisinə girmək əmrini verə bilər. «Mən, qeyd etmək istəyirəm ki, lap əvvəldən Belarusu da təcavüzdə istifadə ediblər. İndiki anda Ukraynanı təkcə Rusiya yox, həm də Belarus tərəfdən atəşə tuturlar və Aleksandr Lukaşenko istənilən an


27.02.2022 - 20:23

Putin nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməyi əmr etdi

Rusiya prezidenti Vladimir Putin NATO liderlərinin aqressiv bəyanatlarına və Moskvaya qarşı iqtisadi sanksiyalara istinad edərək, öz hərbi komandanlığına Rusiyanın nüvə qüvvələrinin hazırlıq vəziyyətinə gətirməyi əmr edib. Xəbər verilir ki, o, bu barədə dövlət televiziyasında bildirib. “Gördüyünüz kimi, Qərb ölkələri təkcə iqtisadi ölçüdə ölkəmizə qarşı qeyri-dost addımlar atmır, - mən hər kəsin ç


27.02.2022 - 19:10

"Kremlin “ildırım sürətli müharibə” planı baş tutmur, savaş uzunacaq və daha qanlı olacaq..."

Sülhəddin Əkbər: "Bu savaşda kimin resursu çoxdursa, o da qalib gələcək. Mən burada ABŞ başda olmaqla kollektiv Qərbin qalib gələcəyini düşünürəm" "Putinin geopolitik məqsədi imperiyanı yeni şərait və şərtlərə uyğun bərpa etmək, yeni dünya düzənində imperiyaya uyğun yerini almaqdır. Rusiyanın dərin dövlətini və qərarvericiləri dayandırmağın bir yolu var..." Ukrayna Rusiyanın hərbi təcavü


27.02.2022 - 09:00

ABŞ prezidenti: “Sanksiyaların alternativi üçüncü dünya müharibəsidir”

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativi yalnız Üçüncü dünya müharibəsi ola bilər. Bunu ABŞ lideri bloqqer Brayan Koenlə müsahibəsində deyib. “Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə, Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant. Əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”,


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00