Cümə axşamı, 02 May

Rusiya-Ukrayna müharibəsi: Lukaşenko Moskvanın planını xəritədə göstərir – ŞƏRH

image

Rusiya-Ukrayna müharibəsinin yaratdığı çatların miqyası getdikcə genişlənir və bəşəriyyətin taleyini dramatikləşdirir.

Proseslərin rəngini tündləşdirən isə müharibədə iştirakçı sayının artması təhlükəsidir. Başda Britaniya olmaqla digər NATO ölkələri Ukraynaya dəstək üçün hərbi yardımını əsirgəmir, bu yandan da Belarus Moskva tərəfə əyilərək öz ölkəsi ərazisindən Kiyevə hücumlara xeyir-dua verir.

İlk anlarda ölkəsinin hüdudlarını başqa dövlətə qarşı poliqon kimi istifadə etmədiyini deyən Lukaşenko indi tərzini dəyişərək yalan danışdığını etiraf edir.

Lukaşenko martın 1-də Təhlükəsizlik Şurasının iclasında əlində çubuq xəritə qarşısında dayanaraq Ukraynanı “döymək” planlarını müzakirəyə çıxarmaqla özünün əvvəlki tezislərini dağıdır.

Lukaşenko Ukraynanın dörd hissəyə bölündüyünü göstərən xəritəyə işarə edərək gələcək planların “müjdəçisinə” çevrilir - ən azından belaruslu jurnalist Tadeuş Giczanın mühakiməsi belədir.

Lukaşenkonun keçirdiyi müşavirə Belarus sərhədindən Kiyevə istiqamət alan böyük hərbi kolonun müşayiətində baş tutdu, indi bu arqumentin dəqiqliyi qətiləşir: Rusiya Belarus vasitəsilə Kiyevi ələ keçirib burada özünün oyuncaq hökumətini yaratmaq istəyir.

Rusiyanın Belarusu özünün yedəyinə alaraq Ukraynaya təcavüz etməsi Kiyevin strateji dərinliklərinə təhlükə yaradır. Rusiya Belarusun dəstəyi ilə Kiyevin dərinliklərində döyüş aparmaqla bu nöqtələrə öz sancağını taxmaq istəyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15