Bazar ertəsi, 29 Aprel

Axtarış

Legiya” üzrə 112 nəticə tapıldı

05.01.2022 - 17:37

"Legiya" Mahir Emreliyə xəbərdarlıq etdi

“Legiya”nın idman direktoru Yatsek Zelinski azərbaycanlı hücumçu Mahir Emrelinin toplanışa qatılmamasına münasibət bildirib. Xəbər verilir ki, klub rəsmisi azərbaycanlı hücumçunun Varşava təmsilçisi ilə müqaviləsi olduğunu xatırladıb.  “Onun bizimlə müqavilə öhdəliyi var. Mahir yanvarın 6-da komandanın digər üzvləri ilə birlikdə testlərə qatılmalıdır”, - Zelinski bildirib. 


04.01.2022 - 16:18

Mahir Emreli “Legiya”dan ayrılır: Klub rəhbərliyinə müraciət etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”dan ayrılmaq barədə qəti qərara gəlib. O, bu barədə artıq Polşa klubunun rəhbərliyinə məlumat verib. Məlumata görə, o, yanvarın 6-da komanda ilə birlikdə Dubaya təlim-məşq toplantısına getməyəcək. Emreli klubla müqavilənin ləğvi üçün ABŞ-dan vəkil tutub. Xəbər verilir ki, o, müqavilənin ləğvində klubu ittiham edib. Futbolçu “Visla” ilə görüşdə


31.12.2021 - 18:56

Mahir Emrelinin transfer qiyməti açıqlandı

Polşa yüksək liqasında çıxış edən keçmiş SSRİ ölkələrini təmsil edən futbolçuların qiyməti açıqlanıb. Xəbər verilir ki, İnstaqramdakı rəsmi səhifəsinin hazırlığı siyahıda millimizin iki oyunçusu da yer alıb. "Legiya"nın hücumçusu Mahir Emreli reytinqdə birincidir (bazar qiyməti.2 milyon avro). "Visla Plosk"un və millimizin müdafiəçisi Anton Ktivotsyuk isə 1 milyon avro dəyəri ilə 4-cü yeri tutur. Siyahıda 2-3-cü


26.12.2021 - 19:52

“Legiya” “Qarabağ”ın daha bir furbolçusunu transfer etmək istəyir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır. Xəbər verilir ki, Varşava təmsilçisi kabo-verdeli oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. İddiaya görə, Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlıdır. "Köhlən atlar"ın 28 yaşlı futbolçu üçün "Legiya"dan rəsmi təklif gözlədiyi bildirilib. Qeyd


23.12.2021 - 09:40

Mahir Qurban Qurbanovla görüşdü - “Qarabağ“a qayıdır?

"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli bu gün sabiq klubu "Qarabağ"ın bazasında olub. Xəbər verilir ki, o, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb.İstisna olunmur ki, millimizin üzvü bundan sonra karyerasını hazırkı mövsümün sonuna qədər icarə əsasında "Qarabağ"da davam etdirsin. "Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hü


21.12.2021 - 19:20

Vüqar Səfərliyə 10 il 6 ay həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə mə


19.12.2021 - 14:20

Baş məşqçi Mahiri yola gətirdi: “Legiya“da qalacaq

"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə görüşüb. Xəbər verilir ki, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət alan millimizin üzvü ilə baş verənlər haqda danışıb. Vukoviç “Legiya”dan ayrılmaq istəyən Emreliyə komandada qalmalı olduğunu bildirib. Baş məşqçi hücumçuya bildirib ki, komandanın ona ehtiyacı var. Mahir isə bu barədə yekun qə


17.12.2021 - 18:32

Macarıstan klubu Mahir üçün 2 milyon dollar saymağa hazırdır

Hazırda Polşanın "Legiya" klubunda çıxış edən 24 yaşlı hücumçumuz Mahir Emreli ilə Macarıstanın "Fehervar" komandası maraqlanır. Klub Mahir Emreli üçün qarşı tərəfə 2 milyon avro ödəmək niyyətindədir. Xəbər verilir ki, bu barədə məlumatı Macarıstan mətbuatı yayıb. Qeyd edək ki, "Fehervar" hazırda liqada 26 xalla 12 komanda arasında 4-cü pillədə qərarlaşıb. 


15.12.2021 - 11:43

Mahir Emreli "Legiya"da məşqə çıxmadı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın bugünkü məşqində iştirak etməyib. Xəbər verilir ki, 24 yaşlı forvardla yanaşı, braziliyalı yarımmüdafiəçi Lukinyas da hazırlıq prosesinə qatılmayıb. Hər iki oyunçunun azarkeşlərin hücumu nəticəsində xəsarət aldıqları üçün məşqə çıxmadıqları ehtimal olunur. Qeyd edək ki, "Legiya" fanatları komandalarının Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra Varş


14.12.2021 - 11:44

Mahir döyülməyini həzm edə bilmir: “Legiya“dan ayrılır

Millimizin futbolçusu Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir. Xəbər verilir ki, 24 yaşlı hücumçu Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib. Onun müqaviləni ləğv etmək variantını ciddi şəkildə düşündüyü bildirilir. Hətta millimizin üzvünün bununla bağlı vəkillərlə əlaqə saxladığı vurğulanıb. Qeyd edə


13.12.2021 - 16:30

Mahir Emreli: “Hər kəsdən üzr istəyirəm”

“İndi nəsə demək çətindir. Həm “Legiya” tarixində, həm də çoxumuzun karyerasında ilk dəfədir belə hal yaşanır”. Xəbər verilir ki, bunu Polşanın “Legiya” klubunun azərbaycanlı futbolçusu Mahir Emreli ölkə çempionatının XVIII turunda Potsk “Visva”sına 0:1 hesablı məğlubiyyətdən sonra turnir cədvəlinin axırıncı pilləsinə düşmələrinə münasibət bildirərkən deyib. 24 yaşlı forvard uğursuz çıxışa görə üzr istəyib.


13.12.2021 - 12:44

Mahir Emreli Polşada döyüldü

Polşanın “Legiya” klubunun azarkeşləri Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum ediblər. Xəbər verilir ki, onlar oyunçulara xəsarət yetiriblər. Bildirilir ki, həmin futbolçulardan ikisi ciddi xəsarət alıb. Onlardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə Lukinyas olub. “İnteria” nəşrinin yazdığına görə, polis hadisəyə müdaxilə edib. Futbolçuların xəsarət alması ilə bağlı isə


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55