Cümə, 26 Aprel

Axtarış

Kreml” üzrə 657 nəticə tapıldı

04.07.2022 - 14:10

Putin satqınları təmizləyir: səs-küylü istefalar olacaq

Rusiya hökumət elitasında köklü dəyişikliklər gözlənilir. Bu yolla Kreml öz daxilində olan satqınların ovuna çıxmış olacaq. Xəbər verilir ki, bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində Karen Şahnazarov bölüşüb. “Rusiya hökümətində yüksək vəzifələrdə oturan şəxslərin arasında köklü dəyişikliklər gözlənilir. SSSR modelinə yaxın bir dövlət proqramı


01.07.2022 - 17:19

Rusiya neçə yerindən parçalana bilər ? – Və ya ayrılmağa namizəd əsas bölgələr hansılardır?

Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşrində “Rusiya dağılsa, hansı regionlar müstəqil dövlətə çevrilə bilər?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Vaşinqtonda yerləşən Enerji Siyasəti Araşdırmaları Fondunun (EPRINC) tədqiqatlar üzrə direktoru Maks Pizyur və ABŞ-ın Nyuyark şəhərində yerləşən Ratgers Universitetinin siyasi elmlər üzrə professoru Aleksandr Motıldır.  Rusiya Federasiyasının həm özündə, həm də


28.06.2022 - 19:04

Medvedev Latviyanın keçmiş daxili işlər nazirini "AXMAQ" ADLANDIRDI

Medvedev Latviyanın keçmiş daxili işlər nazirini “axmaq” adlandırıb.  Xəbər verilir ki, o, bu barədə öz Telegram kanalında yazıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Medvedev Latviyanın keçmiş Daxili İşlər Nazirliyinin naziri Maris Qulbisin Kalininqrad açıqlamasına münasibət bildirib. “Ruslara açıq siqnal göndərilib, əgər çox atdanıb-düşərlərsə, Köniqsberqi (Kalininqrad) alacağıq”, – Qulbis deyib. Medvedev Qulbisin bəyanatına cavabında


28.06.2022 - 17:14

Kreml Zelenskinin bu istəyini yüksək qiymətləndirdi

Ukrayna hakimiyyəti öz qoşunlarına silahı yerə qoymağı əmr etsə və Rusiyanın şərtlərinə əməl etməyə razılaşsa, bu günün sonuna qədər ölkədəki vəziyyəti həll edə bilərlər.  Xəbər verilir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, Ukrayna prezidenti Volodimir Zelenskinin bir gün əvvəl G7 ölkələrinin liderlərinə elan etdiyi ölkədəki vəziyyəti qış gələnə qədər həll


27.06.2022 - 14:41

"Rusiya qlobal internetin söndürülməsinə hazırlaşıb" - Kreml

Rusiyanı qlobal internetdən ayırmaq mümkün deyil, lakin bu baş versə belə, yerli internet işləyəcək. Xəbər verilir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O əlavə edib ki, Rusiya özü interneti söndürmək fikrində deyil: “Əgər internet kənardan söndürülsə, o zaman yerli resurslar işləyəcək və biz qlobal internetə birləşdiricilərin inşasını başa çatdıracağıq”, - Kremlin sözçüsü vurğulayıb.


27.06.2022 - 09:00

Tokayevin gözlənilməz jestləri – TƏHLİL

Qazaxıstan prezidentinin Donbas və Luqanskla bağlı səsləndirdiyi fikirlər, qondarma respublikaları tanımayacaqlarını bildirməsi rəğbətlə qarşılanıb. Bu açıqlamalar göstərir ki, Qazaxıstan müstəqil xarici siyasət həyata keçirmək niyyətindədir.  Sankt-Peterburq iqtisadi forumu başa çatsa da, tədbir ətrafında gərgin diskussiya və analizlər davam edir. Daha çox da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin forumda səsləndirdiyi sensasiyalı açıqlamalar diqqət mərkəzində qalmaqdadı


26.06.2022 - 16:46

Putin Ukraynada müharibə başlayandan bəri ilk xarici səfərinə çıxacaq

Rusiya prezidenti Vladimir Putinin gələn həftə üçün nəzərdə tutulan iş planı açıqlanıb. Bu barədə “Rossiya 1” telekanlının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib. Bildirilib ki, dövlət başçısı əvvəlcə Düşənbədə Tacikistan prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq. Daha sonra Rusiya prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.


25.06.2022 - 16:48

Erməni müxalifəti Xankəndiyə niyə gəlib? - “Kremldən gələn sifariş və...”

“Ermənistan müxalifətinin Qarabağda bu cür hərəkət etməsinin arxasında Kremldən gələn sifariş durur və Kremlin bu işdə barmağı var”. Bu sözləri siyasi şərhçi Samir Hümbətov deyib. O, Ermənistan Milli Məclisinin vitse-spikeri, “Müqavimət hərəkatı”nın rəhbəri İşxan Saqatelyanın iyununn 23-də bir qrup müxalif deputatla Xankəndiyə qanunsuz səfərinə rəyini bildirib: “Bu gün Rusiyanın XİN rəhbə


25.06.2022 - 14:06

“Belarus ərazisindən Ukraynaya ilk aviazərbə endirilib” - Müdafiə Nazirliyi

Bu gün Belarus ərazisindən Ukraynaya ilk aviazərbə endirilib. Xəbər verilir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib. “Bu, Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Rusiya Federasiyasının genişmiqyaslı təxribatıdır. Bugünkü atəşlər Kreml hakimiyyətinin birbaşa iştirakçı kimi Belarusu Ukraynadakı müharibəyə cəlb etmək cəhdləri ilə bağlıdır”, - məlumatda qeyd olunub.


24.06.2022 - 13:54

Putin hansı dostuna arxayındır? - DETALLAR

"Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı apardığı işğalçı müharibədə müttəfiq qazana bilməyib. Onun hərbi əməliyyatda yeganə müttəfiqi Belarus prezidenti Aleksandr Lukaşenkodur ki, o da ordusunun Ukraynaya müdaxiləsindən çəkinir. Çünki bu müharibənin ədalətsiz olduğunu Lukaşenko da daxilən anlayır, sadəcə səsini çıxarmağa qorxur. Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılsa da, Ukrayna müharibəsində Kremldən məsafə saxlayır. Putinin böyük


24.06.2022 - 11:45

Sülhməramlıların komandanlığının xəritə oyunu - məqsəd nədir?

Rusiya Müdafiə Nazirliyi “stepanakert” adlı yarlığı yenidən xəritəsinə qaytardı; Azərbaycanın sərt etirazları niyə nəzərə alınmır - ekspertlərimiz deyirlər ki... Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adını silməsi geniş müzakirələrə səbəb oldu. 21 iyun və 20 iyun tarixlərinə aid olan xəritələrdə Xankə


23.06.2022 - 10:43

Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından vurulmuş vəziyyətdə tapılıb

Rusiya prezidenti Vladimir Putinin mühafizəçisi olan və özü ilə “nüvə çamadanı”nı daşıyan Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır. Bildirilib ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança olub. Qan içində olan FSB zabitini qardaşı tapıb. Bu zaman yaralının


Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33