Şənbə, 20 Aprel

Erməni müxalifəti Xankəndiyə niyə gəlib? - “Kremldən gələn sifariş və...”

image

“Ermənistan müxalifətinin Qarabağda bu cür hərəkət etməsinin arxasında Kremldən gələn sifariş durur və Kremlin bu işdə barmağı var”.

Bu sözləri siyasi şərhçi Samir Hümbətov deyib.

O, Ermənistan Milli Məclisinin vitse-spikeri, “Müqavimət hərəkatı”nın rəhbəri İşxan Saqatelyanın iyununn 23-də bir qrup müxalif deputatla Xankəndiyə qanunsuz səfərinə rəyini bildirib:

“Bu gün Rusiyanın XİN rəhbəri Sergey Lavrov Azərbaycandadır və Rusiya özünü vasitəçi kimi göstərməyə çalışsa da, ortada heç bir şey yoxdur. Rusiyanın əsas məqsəd və məramı, əslində, Qarabağda qalmaq, münaqişəni uzatmaq və sülhdən yayınmaqdır. Bu, məsələnin birinci tərəfi.

Məsələnin ikinci tərəfi isə budur ki, Ermənistanda olan müxalifətin Qarabağda bu cür hərəkət etməsinin də arxasında Kremldən gələn sifariş durur və Kremlin bu işdə barmağı var. Ona görə də, Azərbaycan elə Lavrovun ölkəmizə səfəri zamanı məsələni onun diqqətinə çatdırmalıdır. Əlbəttə, bu tör-töküntülərin Qarabağa gəlişinin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri elə rus hərbçiləri ilə birgə Laçın dəhlizinə nəzarət etməlidir”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında danışıqların prosesində rəsmi İrəvan gah geri, gah irəli addımlar atır:

“Ermənistan müxalifəti isə əksinə, birbaşa Rusiyaya bağlı qüvvədir. Bu, istər “Qarabağ klanı” olsun, istərsə də müxalifətin digər nümayəndələri, fərqi yoxdur, müxalifət birbaşa Kremlə bağlıdır. Ona görə də, əgər müxalifət bu gün Qarabağa addımı atırsa, deməli, bunda əsas maraqlı tərəf Rusiyadır. Bunu önəmli bir məsələ kimi Rusiyanın qarşısında qaldırmalı və şərtləri qoymalıyıq. Azərbaycan tərəfi Laçın dəhlizinin Şuşa hissəsində post qurmalı, oraya qədər gələn istənilən bir şəxsi hərbçilərimiz yoxlamalıdır”.

“Qarabağ ermənilərinin bir qrupu Azərbaycanla münasibətlərin normallaşmasını və Azərbaycanın tərkibində yaşamaq istədiklərini deyir, digər hissə ilə gah ruslar, gah da Ermənistan siyasətçiləri hər cür manipulyasiyalar edir. Hesab edirəm ki, zaman-zaman Azərbaycan bölgədə əhali yerləşdirmə həyata keçirəndən sonra erməni əsilli Azərbaycan vətəndaşlarının münasibəti dəyişəcək və əslində, bu Qarabağ məsələsinin yekun həllinə gətirib çıxara bilər”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20