Cümə, 17 May

Axtarış

Iran” üzrə 1532 nəticə tapıldı

04.03.2023 - 14:03

General Milli İsrailə gəlib -İrana savaş qapıda?

ABŞ Silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri, general Mark Milli İsrailə səfər edib. Xəbər verilir ki, o, İsrail rəsmiləri ilə İranın nüvə silahı əldə etməsinə qarşı mübarizə məsələlərini müzakirə edib. Millinin səfəri ABŞ-ın müdafiə naziri Lloyd Ostinin İsrailə səfəri ərəfəsində gözlənilməz sayılıb. Nazir İsrail-Fələstin münasibətlərində


04.03.2023 - 13:05

İranda məktəbli və tələbə qızların zəhərlənməsi - Say artır

İranın Səfadəşt şəhərindəki Esmət liseyi və Höccət ibtidai məktəbinin bir neçə şagirdi dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb. Xəbər verilir ki, ümumən son 3 ayda müxtəlif şəhərlərdəki məktəblərdə yüzlərlə şagird zəhərlənməyə görə xəstəxanaya müraciət edib. Son araşdırmalarda bu zəhərlənmələrin zəhərli


04.03.2023 - 10:28

COVİD-19 gedir, başqa pandemiya gəlir - ÜST-dən xəbərdarlıq

İnfeksionist: “Yeni pandemiyanın nə vaxt olacağını söyləmək çətindir” “Broyler toyuqları daha təhlükəsizdir, çünki...” Ötən gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun zirvə görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVİD-19 pandemiyasının bitməsi ilə bağlı məlumat verib. “Pandemiya bitir. İndi hər bir ölkə öz üzərinə düşəni etmə


03.03.2023 - 10:40

DSX-dən Vasif Talıbovun İrana torpaq satması iddialarına reaksiya

Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.  Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhə


02.03.2023 - 19:38

Tehranda insanlar uşaqları qəsdən öldürən hökumətə ölüm şüarları səsləndirdilər - VİDEO

Tehranda insanlar uşaqları qəsdən öldürən hökumətə ölüm şüarları səsləndiriblər. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, son günlər xəbər manşetinə çevrilən İranın müxtəlif şəhərlərində məktəblərdə şagirdlərin zəhərlənməsi məsələsi hər gün daha geniş miqyas alır və ciddi məsələyə çevrilir. İranın səhiyyə nazirinin müavini


02.03.2023 - 13:10

"İsrail İranın nüvə obyektlərini vura bilər" - KİV

İranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması perspektivi İsrailin nüvə obyektlərinə zərbə endirmək qərarını sürətləndirə bilər. Xəbər verilir ki, bu barədə "Bloomberg" nəşri məlumat dərc edib.  "Rusiya açıq şəkildə silah tədarük edib-etməyəcəyini açıqlamayıb, lakin Moskvanın Ukraynaya müdaxiləsindən sonra Moskva və Tehran daha da yaxınlaşıb. S-400-lərin yerləşdirilməsinə iki ildən az vaxt


02.03.2023 - 09:41

İranın qara günləri başlayır - Qərb molla rejiminə qarşı hərəkətə keçir

İranın ətrafındakı həlqə daralır. Molla rejimi uzun müddət manevrlər edib, vədlər verib sanksiyalardan, çöküşünə aparan proseslərə start verilməsindən yayına bilsə də, son davranışları ilə bütün ümidləri puça çıxarıb. Tehran hamını təhdid etməyə başlamışdı və nüvə silahı əldə etmək planını da son vaxtlar açıq bəyan edirdi. Artıq İrana verilən möhləti bitmiş hesab etmək olar. Çünki molla


01.03.2023 - 18:57

"Rusiya daha böyük müharibəyə hazırlaşır" - NATO-nun Baş katibi

"Biz görürük ki, Rusiya daha böyük müharibəyə hazırlaşır". Xəbər verilir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Rusiya Ukrayna qoşunları ilə təmas xəttinə çoxlu qüvvə yığır: “Rusiya Ukraynada, xüsusilə Baxmut istiqamətində yeni hücuma hazırlaşır. Rusiyada daha çox qoşun səfərbər edilir, silah istehsalı artırılır. Moskvanın İran və Şimali Koreya kimi avtoritar dövlətlərlə əlaqələrini


01.03.2023 - 16:26

Şakiranın Pikeyə həsr etdiyi mahnıları ona 22 milyon dollar qazandırdı

Məşhur müğənni Şakiranın son zamanlar təqdim etdiyi ifalarından qazandığı gəliri bəlli olub.  Xəbər verilir ki, sənətçinin xəyanətə görə ayrıldığı sevgilisi Jerard Pikeyə həsr etdiyi mahnıları ona 22 milyon dollardan (37 milyon 400 min AZN) çox gəlir qazandırıb.  Xatırladaq ki, ifaçının bəzi mahnıları və klipləri təqdim olunduğu qısa müddətdə milyonlarla baxış toplayaraq rekord qırıb. 


01.03.2023 - 12:07

İranda daha 37 şagird şübhəli şəkildə zəhərləndi

Fevralın 28-də Tehranın Pərdis bölgəsində yerləşən "Xəyyam" qız məktəbində daha 37 şagird zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər. Xəbər verilir ki, bu barədə Pərdisin İcra Hakimiyyətinin başçısı Rza Kərimi Saleh açıqlama verib. O, zəhərlənmə hadisəsinin şübhəli olduğunu və polis tərəfindən araşdırıldığını deyib. Qeyd edək ki, bu, son bir neçə həftə ərzində İranı


28.02.2023 - 18:01

SEPAH: "İrana qarşı İsraillə əməkdaşlıq edən hər bir ölkə bunun əvəzini ödəyəcək"

“İrana qarşı İsraillə əməkdaşlıq edən hər bir ölkə bunun əvəzini ödəyəcək”. Xəbər verilir ki, bunu İranın Hatəm əl-Ənbiyadakı Mərkəzi Qərargahının komandiri, general-mayor Qulam-Əli Rəşid deyib. “İranın milli təhlükəsizliyini təhdid etmək üçün “sionist” rejimlə əməkdaşlıq edən istənilən ölkə öz əməllərinin əvəzini ödəyəcək. Və bizim bacarıqlı hərbi qüvvələrimiz


27.02.2023 - 18:19

İran NATO-nun genişlənməsinin əleyhinədir

İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian finlandiyalı həmkarı Pekka Haavisto ilə görüşüb. Xəbər verilir ki, görüş Cenevrədə BMT İnsan Hüquqları Şurasının iclası çərçivəsində baş tutub. Görüşdə ikitərəfli, regional və beynəlxalq münasibətlərdə maraq doğuran mövzular, Rusiya-Ukrayna müharibəsi, xüsusilə də sanksiyaların ləğvi ilə bağlı danışıqların son vəziyyəti ətrafında müzakirələr aparılı


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58