Cümə axşamı, 02 May

General Milli İsrailə gəlib -İrana savaş qapıda?

image

ABŞ Silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri, general Mark Milli İsrailə səfər edib.

Xəbər verilir ki, o, İsrail rəsmiləri ilə İranın nüvə silahı əldə etməsinə qarşı mübarizə məsələlərini müzakirə edib.

Millinin səfəri ABŞ-ın müdafiə naziri Lloyd Ostinin İsrailə səfəri ərəfəsində gözlənilməz sayılıb. Nazir İsrail-Fələstin münasibətlərində mühüm rol oynayan Misir və İordaniyaya da səfər edəcək.

İsrailin müdafiə naziri Yoav Qallant Milli ilə görüşdə ifadə etdiyi İsrailin mövqeyini bu cür ifadə edib: “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əməkdaşlığın artırılması xüsusilə vacibdir”.

Mark Milli İsrailin baş qərargah rəisi general-leytenant Herzi Halevi ilə də danışıqlar aparıb. Amerikalı general İsraildə ictimaiyyətə açıqlama verməyib. Onun sözçüsünün sözlərinə gorə, general Milli Halevi ilə regional təhlükəsizlik və “İranın yaratdığı təhdidlərdən qorunmaq üçün fəaliyyətin əlaqələndirilməsi” məsələlərini müzakirə edib.

Qərb gücləri hesab edir ki, İran potensial olaraq bomba hazırlamağa imkan verəcək texnologiyanın inkişafında irəliləyişlər əldə edib. Rəsmi Tehran belə bir planı olduğunu inkar edir.

Millinin Yaxın Şərqə səfəri İordan çayının qərb sahilində zorakılığın davam etdiyi bir vaxta təsadüf edir. "Amerikanın Səsi" xəbər verir ki, müsəlmanların müqəddəs Ramazan ayı və yəhudilərin Pasxa bayramı ərəfəsində təhdidlərin artması səbəbindən ABŞ-ı İordaniya və Misir vasitəsilə hər iki tərəfi sakitliyə çağırır.

2023-cü ilin əvvəlindən mülki vətəndaşlar da daxil olmaqla ən azı 62 fələstinli həlak olub. Belə məlumatları Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyi təqdim edir. Rəsmi İsrail məlumatlarına görə, eyni dövrdə Fələstinlilərin hücumlarında 13 israilli və bir ukraynalı turist həlak olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15