Cümə, 17 May

Axtarış

Iran” üzrə 1532 nəticə tapıldı

07.05.2023 - 11:01

“Bakı Marafonu-2023”-ə start verildi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2023” keçirilir. Məlumata görə, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Budə


06.05.2023 - 19:52

Meta şirkəti İrana bağlı hesabları sildi

Meta şirkəti İran İslam Respublikası ilə əlaqəli 40 hesabı, səkkiz səhifəni və bir qrupu platformadan silib.  Xəbər verilir ki, bu barədə Meta şirkəti açıqlayıb.  Məlumata görə, sözügedən hesablar və səhifələr əsasən İsrail, Fransa və Bəhreynə yönəlib. Hökumət şəbəkəsi öz əməliyyatları üçün "Facebook", "Twitter", "Telegram", "YouTube" və haker internet qrupları daxil olmaqla müxtəlif platformalardan istifadə edib.


06.05.2023 - 10:26

İrandan Azərbaycana 21 kq-dan çox narkotik keçirməyə cəhd etdilər

İran İslam Respublikasından ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitə və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə sayılan “metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Xəbər verilir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumata görə, may ayının 4-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhə


06.05.2023 - 09:56

İranda ruhaninin meyiti Xəzər dənizində tapıldı

İranın Mazandaran vilayətində Xəzər dənizi sahilində ayətullah Fazil Əstərabadinin oğlu İbrahim Fazilin meyiti tapılıb. Xəbər verilir ki, Höccətül-İslam İbrahim Fazilin 3 gündür ki, itkin düşdüyü bildirilir. Mazandaran vilayətinin valisinin siyasi və təhlükəsizlik üzrə müavini Ruhullah Səlaqi ruhaninin üzməyi bacarmadığı üçün boğularaq öldüyünü bildirib. Bəzi mənbələrdə isə ruhaninin öldürüldüyü bildirilir. Qeyd edək ki, son


05.05.2023 - 09:02

İran 4 Azərbaycan diplomatını ölkədən çıxardı

İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı "persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib.  Xəbər verilir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatı ölkədən çıxarılıb. Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Sə


03.05.2023 - 11:42

SON DƏQİQƏ! İran terrorçuları Azərbaycana verməkdən imtina etdi

İranın molla rejimi terrorçuları Azərbaycana təhvil verməkdən imtina edib. Terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun molla rejimi tərəfindən həbs edilməsi barədə xəbər vermişdik. Xəbər verilir ki, "MOUZE" telegram kanalının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Azərbaycan həmin şəxslərin tutularaq ölkəmizə təhvil verilməsini tələb edib.


02.05.2023 - 15:30

İrandan Azərbaycana patron keçirmək istədi

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Xəbər verilir ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keç


29.04.2023 - 09:29

İranda hicab casusları fəaliyyətə başladı

İrandan gələn xəbərlərdə deyilir ki, mülki geyimli xəfiyyələr paytaxt Tehran boyunca ictimai yerlərdə gəzib dolaşaraq qadınlara icbari hicab qaydasına riayət etmələrinə dair xəbərdarlıq edirlər. Şahidlərin dediyinə görə İslam Respublikasının geyim məcəlləsinə uyğun sadə geyinmiş qadın və kişi xəfiyyələri bir çox yerlərdə görmək mümkündür. Tehran Şəhər Teatrının yaxı


26.04.2023 - 18:19

İranda nüfuzlu ayətullah qətlə yetirildi

İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babülsər şəhərində silahlı hücum zamanı öldürülüb. Xəbər verilir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib. Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O bildirib ki, hücum törədən şəxs saxlanılıb. Abbas Əli


25.04.2023 - 18:43

İranda fəhlələrin tətili genişlənir

İranın Abadan şəhərindəki Neft Emalı Zavodu fəhlələrinin 4 gündür başladığı tətilə başqa şəhərlərdən də işçilər qoşulur. Xəbər verilir ki, bu barədə “Amerikanın səsi” radiosunun fars redaksiyası məlumat yayıb. Bildirilib ki, İranın İraqda fəaliyyət göstərən “Niru-ye-Şaql” müəssisəsinin işçiləri həmkarlar təşkilatının çağırışı ilə əməkhaqlarının artırılması tələbi


25.04.2023 - 09:58

Ukrayna daha 6 İran dronunu məhv etdi

Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın daha doqquz dronunu məhv edib. Xəbər verilir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı məlumat yayıb. Qeyd olunub ki, şərq istiqamətində - “Şərq” hava komandanlığının məsuliyyət zonasında İran istehsalı altı “Şahid” PUA-sı vurulub.


24.04.2023 - 16:13

"İrandan Rusiyaya silah daşınır" - KİV

"Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşınır”. Xəbər verilir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb. Bildirilib ki, son 6 ayda İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşınıb: "Bu daşınmalar Rusiyanın gəmiləri vasitəsilə həyata keçirilir". Yaxın Şərqdəki rəsmilərin məlumatına görə, İran silahları


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58