Çərşənbə, 24 Aprel

İranda ruhaninin meyiti Xəzər dənizində tapıldı

image

İranın Mazandaran vilayətində Xəzər dənizi sahilində ayətullah Fazil Əstərabadinin oğlu İbrahim Fazilin meyiti tapılıb.

Xəbər verilir ki, Höccətül-İslam İbrahim Fazilin 3 gündür ki, itkin düşdüyü bildirilir.

Mazandaran vilayətinin valisinin siyasi və təhlükəsizlik üzrə müavini Ruhullah Səlaqi ruhaninin üzməyi bacarmadığı üçün boğularaq öldüyünü bildirib.

Bəzi mənbələrdə isə ruhaninin öldürüldüyü bildirilir.

Qeyd edək ki, son vaxtlar ölkədəki problemlərin fonunda mollalara hücumlar artıb.

İranın Ədliyyə və Məhkəmə Qüvvələrinin rəhbəri Qolamhüeyn Mohseni Ejei mollalara qarşı hücumların artmasına qarşı tez və sərt tədbirlər görməyə çağırıb.

Bir neçə iranlı siyasətçi və jurnalist isə hökumətin etirazçılara qarşı zorakı rəftarının xalqın da adekvat reaksiyasına səbəb olacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33