Bazar ertəsi, 20 May

Axtarış

Hadisə” üzrə 4163 nəticə tapıldı

20.05.2024 - 12:31

Türkiyədə zəlzələ oldu - FOTO

Türkiyənin Kahramanmaraş şəhərinin Onikişubat rayonunda 3.9 bal gücündə zəlzələ olub. Xəbər verilir ki, bu barədə bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Təbiət hadisəsi yerli vaxtla 16:33-də qeydə alınıb.


20.05.2024 - 11:45

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb

İran Prezidenti İbrahim Rəisinin qəzaya helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.  Bu barədə "Tasnim" agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadən məlumat verib. "Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", -


20.05.2024 - 10:25

Putin: "Rəisinin ölümü İran üçün böyük faciədir"

Rusiya prezidenti Vladimir Putin İran tərəfinə prezident Rəisinin ölümü ilə bağlı bağsağlığı verib.  Xəbər verilir ki, Vladimir Putin Rəisini "Rusiyanın dostu" adlandırıb və hadisənin İran üçün böyük faciə adlandırıb. "İran İslam Respublikasını haqlamış böyük faciəyə görə dərin başsağlığımı qəbul edin" . Rusiyanın dostu kimi o, iki ölkə arasında münasibətlərin inkişaf edərək strateji tərəfdaş


20.05.2024 - 00:28

Rəisinin helikopterinin dəqiq yeri müəyyən edildi

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib. Xəbər verilir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib. "Bir neçə dəqiqə əvvəl hadisə yerində olan ekipaj üzvünün helikopterindən və mobil telefonundan siqnal daxil olub", - “Tasnim” agentliyi onun sözlərini sitat gətirib. Komandan əlavə edib ki, axtarış-xilasetmə əməliyyatında iş


19.05.2024 - 22:50

Ərdoğan helikopter qəzası ilə bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi və onun nümayəndə heyətinin olduğu helikopterin qəza enişi etməsi ilə bağlı rəsmi “X” hesabında paylaşım edib. Xəbər verilir ki, paylaşımda bu fikirlər qeyd olunub: “İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq


19.05.2024 - 21:40

Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb

Tovuzda bədbəxt hadisə baş verib. Hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb. Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.


19.05.2024 - 17:32

İran Prezidenti İbrahim Rəisini aparan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Xəbər verilir ki, bu barədə IRNA məlumat yayıb. Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub. Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilmə


19.05.2024 - 14:35

Göyçayda 24 yaşlı gənci cərəyan vurdu

Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb. Xəbər verilir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Belə ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov İsamayıl Rafiq oğlu Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb. Onun meyiti aidiyyəti üzrə


19.05.2024 - 12:23

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.


19.05.2024 - 11:39

Məşhur reper sevgilisini hoteldə vəhşicəsinə döyüb - ANBAAN VİDEO

Məşhur amerikalı reper Pi Diddinin (Paff Diddi, əsl adı Şon Kombs) Los-Ancelesdəki hotelin dəhlizində keçmiş sevgilisi Kessi Venturanı vəhşicəsində döydüyü görüntülər yayılıb. CNN tərəfindən yayımlanan görüntülərdə Diddinin Kessini yerə yıxaraq təpiklədiyi və paltarından tutaraq dəhlizdə sürüdüyü kadrlar yer alıb. Məlumdur ki, hadisə 2016-cı ildə baş verib. Bundan sonra qadın reperə qarşı zorakılıq iddiası ilə ş


19.05.2024 - 10:58

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil.


18.05.2024 - 14:36

22 yaşlı gənc dərmandan zəhərləndi

22 yaşlı gənc dərmandan zəhərlənib. Xəbər verilir ki, hadisə Şəki şəhər Bağbanlar küçəsində baş verib. Həmin  küçədə yaşayan 2002-ci il təvəllüdlü Məmmədov Asim Həsən oğlu yaşadığı evdə coxlu sayda dərman qəbul edib və vəziyyəti pisləşdiyi üçün o Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada A.Məmmədova lazımi tibbi yardım gö


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41