Bazar, 19 May

Axtarış

Avro” üzrə 2530 nəticə tapıldı

07.03.2024 - 11:24

“Bayer”in futbolçuları Bakıya gəliblər

Almaniyanın “Bayer” futbol klubunun oyunçuları Bakıya gəliblər. Bu barədə klubun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib. Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” - “Bayer” matçı martın yeddisində Tofiq Bəhramov adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


06.03.2024 - 15:30

Model sevgilisini döyən Ziya Hüseynzadə 20 il həbs oluna bilər

Model sevgilisini döyməyə görə həbs edilən Ziya Hüseynzadənin dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirləndirildiyi iş üzrə məhkəmə istintaqı başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib. “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-nin təsisçisi Ziya Hüseynzadənin ittiham edildiyi ilk epizod külli miqdarda qanunsuz kredit götü


06.03.2024 - 13:06

Dünya və Avropa çempionundan Ronaldoya sərt MESAJ: “Qoy sussun”

"Çelsi"nin və Fransa millisinin keçmiş futbolçusu Frank Lebef Kriştianu Ronaldonun Liqa 1 ilə bağlı dediyi sözlərə qəzəblənib. Məlumata görə, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının Fransa Liqa 1-dən daha rəqabətli olduğuna inandığını bildirib. Frank Lebef bu fikirdən əsəbiləşdiyini bildirib. “Kriştiano deyir ki, Lionel Messi Liqa 1-də oynayıb. Mən ona bir oyunçu kimi çox hörmət


04.03.2024 - 16:04

İndoneziya sahillərində zəlzələ olub

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ 10 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Sumatra adasında yerləşən Benkulu şəhərindən 224 km aralıda müşahidə edilib. Təbii fəlakət nəticəsində itkilər və dağıntılar barədə məlumat yoxdur.


03.03.2024 - 16:20

Paşinyanla bağlı yeni gizli və sensasion məlumatlar ifşa edildi

İndiki qeyri-müəyyən situasiyada Paşinyan hakimiyyəti daxilindən məxfi məlumatların məqsədyönlü şəkildə sızdırılması Ermənistanda dövlət çevrilişi ehtimalını artırır... Hər halda, baş nazir Nikol Paşinyana qarşı artıq onun yaxın ətrafının da hərəkətə keçmiş ola biləcəyi qətiyyən istisna deyil və onu tezliklə elə öz siyasi komandası da devirə bilər... Ermənistan cəmiyyətində yeni savaş mövzusu


02.03.2024 - 15:50

“Sabah”ın yeni baş məşqçisi bəlli oldu

“Sabah”ın yeni baş məşqçisi məlum olub. Xəbər verirlir ki, Bakı klubuna Krunoslav Renduliç başçılıq edəcək. İddiaya görə, xorvatiyalı mütəxəssisin qarşısına Premyer Liqada ən azı üçüncü yeri tutmaq tələbi qoyulub. Onun son klubu tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə çıxardığı Bosniya “Zrinski”si olub. Qeyd edək ki, ötən ay rusiyalı mütəxəssis Murad Musayev “Sabah”ın baş məşqçisi postunu tərk edib


02.03.2024 - 15:09

Bir günə biletlərin əksəriyyəti satıldı

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununa bilet satışı davam edir. Xəbər verilir ki, bu saatadək satılan biletlərin sayı açıqlanıb. Ağdam klubunun yaydığı məlumata görə, dünən saat 12:00-dan indiyədək 27 min bilet sahibini tapıb. Qeyd edək ki, komandalar arasında ilk matç martın 7-də Bakıda, cavab oyunu isə bir həftə sonra Leverkuzendə olacaq.


01.03.2024 - 20:34

Azərbaycanın istənilən qədər qaz rezervləri var

Azərbaycanın qaz rezervləri sual altında deyil. Bizim istənilən qədər qaz rezervuarımız var. Xəbər verilir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib. “Bizim Avropa İttifaqı ilə birlikdə bir hədəfimiz var. TAP-ın genişlə


01.03.2024 - 14:25

Navalnı dəfn edilir - FOTOLAR

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının dəfn mərasimi keçirilir.  Xəbər verilir ki, müxalif siyasətçi ilə vidalaşan insanlar Marino kilsəsinin qarşısına toplaşıblar.  O, Marino rayonundakı Borisov qəbiristanlığında dəfn ediləcək. Hazırda məzarlıq ərazisi polis tərəfindən qorunur, ətraf ərazilər isə barikadalarla əhatə olunub. Vidalaşmağa gələnlər arasında ABŞ-nin Rusiyadakı səfiri Lin Treysi, Almaniya səfiri Alexander Graf


01.03.2024 - 10:20

Benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR: martın 1-dən…

Xəbər verdiyimiz kimi, Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir. Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər. Azərbaycan Aİ-92 markalı benzindən fərqli olaraq, Aİ-95 və Aİ-98 istehsal etmir. Əvvəllər Bakı Neft Emalı Zavodunda


01.03.2024 - 09:33

"Ukrayna və Qəzzada törədilən hərbi cinayətlər müzakirə edilməlidir" - Borell

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borell Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 55-ci Sessiyasında beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasının müzakirə edilməli olduğu mesajını verib. Xəbər verilir ki, Borell "X" hesabında BMT İnsan Hüquqları Şurasının 55-ci Sessiyası üçün videomüraciət paylaşıb. Ukrayna və Qəzzadakı


28.02.2024 - 18:31

Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-2-də Türkiyədə rəsmi səfərdə olacaq. Xəbər verilir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə açıqlayıb. Lavrov səfəri çərçivəsində Antalya Diplomatiya Forumunda iştirak edəcək, eləcə də türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparacaq.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41