Bazar, 19 May

Axtarış

Avro” üzrə 2530 nəticə tapıldı

14.03.2024 - 17:22

Bu ölkə "TikTok"u 10 milyon avro cərimələdi

İtaliya Rəqabət Qurumu "TikTok"u cərimələyib. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Qurumun verdiyi açıqlamaya görə, Çində yerləşən "ByteDance" qrupuna məxsus "TikTok"un İtaliya, İngiltərə və İrlandiyadakı filialları, yetkinlik yaşına çatmayan istifadəçiləri potensial zərərli məzmundan qorumadıqları üçün ümumilikdə 10 milyon avro cərimələnib. Bildirilib ki, "TikTok" platformasında yayılan məzmuna nəzarət onun yetkinlik yaşına çatmayanların və həssas şəxslərin


14.03.2024 - 16:40

NATO baş katibi Cənubi Qafqaza səfər edəcək

NATO baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Gürcüstana səfər edə biləcəyini açıqlayıb. O, bu barədə Brüsseldə mətbuat konfransında bildirib. “Bir neçə dəfə Gürcüstanda olmuşam və tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda bu ölkəyə yenidən səfər edəcəyəm. NATO dəyərlərə, demokratiyaya, qanunun aliliyinə əsaslanır və Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda bu standartlara


14.03.2024 - 11:34

İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziya sahillərində Molukka dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri 451 min insanın yaşadığı Manado şəhərindən (Sulavesi adası) 199 kilometr cənub-şərqdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.


13.03.2024 - 16:00

Navalnının məsləkdaşı çəkiclə döyüldü - FOTO

Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) keçmiş sədri Leonid Volkov çərşənbə axşamı gecə yaşadığı Vülnüs şəhərində hücuma məruz qalıb. Xəbər verilir ki, bu barədə Navalnının sözçüsü Kira Yarmış “X” şəbəkəsində məlumat verib. “İnsident zamanı Volkov avtomobilində olub. Kimsə maşının şüşəsini sındırıb, onun gözünə gözyaşardıcı qaz püskürdüb, daha sonra


13.03.2024 - 15:35

Polşanın xəbərdarlığı işə yaradı - ABŞ Ukraynaya 300 milyon ayırdı

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı günü Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndəriləcəyini elan edib. Xəbər verilir ki, Bayden bu bəyanatı polşalı həmkarı Ancey Dudanı və baş nazir Donald Tusku Ağ Evdə qəbul etməyə hazırlaşdığı dəqiqələrdə səsləndirib. Bunun Polşa liderlərinin Rusiya təcavüzünün təkcə Ukrayna ilə yekunlaşmayacağı xəbərdarlığından sonra reallaşdığı bildirilir. Baydenin sözlərinə


13.03.2024 - 15:08

"Bayer"də "Qarabağ"la oyun öncəsi CİDDİ İTKİLƏR

Avroliqanın 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer 04” oyuna ciddi itkilərlə çıxacaq. Xəbər verilir ki, Leverkuzen təmsilçisi 3 futbolçudan yararlana bilməyəcək. Bunlar müdafiəçi Artur, hücumçu Viktor Bonifes və yarımmüdafiəçi Noay Mbambadır. Qeyd edək ki, sabah “BayArena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.


13.03.2024 - 11:39

Mars Yer okeanlarının dərinliklərinə təsir edirmiş - Alimlərdən maraqlı kəşf

Avstraliyanın Sidney Universiteti və Fransanın Sorbonna Universitetinin bir qrup alimi müəyyən ediblər ki, Mars planetinin cazibə qüvvəsi Yer okeanlarında dərin proseslərə təsir edir. Məlumata görə, Yer və Mars arasında qarşılıqlı təsir dövrü 2,4 milyon il davam edir. “Böyük astronomik dövr” adlanan bu dövrdə planetimizdə dərin dəniz axınlarının gücü yüksəlir və azalır. Tədqiqatın müəlliflərindən biri, Sidney


11.03.2024 - 17:11

Qurban Qurbanov dünya reytinqində irəlilədi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib. Xəbər verilir ki, 52 yaşlı mütəxəssis dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında 138-cidir. O, ötən cədvəllə müqayisədə 1 addımlıq irəliləyişə nail olub. Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Qurbanovun 1670 xalı var. “Qarabağ”ın çalışdırıcısı hesabat dövründə Razvan Luçeskunu keçib. O,


11.03.2024 - 12:54

“Bayer” “Qarabağ” ın azarkeşlərinə 1800 bilet ayırdı 

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada "Bayer"in qonağı olacaq "Qarabağ"a 1800 bilet ayrılıb.  Xəbər verilir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.  Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.  Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keç


11.03.2024 - 10:12

“Beşiktaş” “Qarabağ”ın forvardını istəyir

“Qarabağ”ın hücumçusu Juninyo daha bir klubun maraq dairəsinə düşüb. Xəbər verilir ki, braziliyalı forvard uğrunda mübarizəyə “Beşiktaş” da qoşulub. “Ağ-qaralar”ın idman direktoru Samet Aybaba hətta ondan ötrü Almaniyaya səfər edəcək. Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə “Qarabağ” arasında keçiriləcək cavab qarşılaşmasını tribunadan izləyəcək.  Qeyd edək ki, “Bayer” – “


07.03.2024 - 23:31

“Qarabağ” güclü “Bayer”lə bərabərə qaldı

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyunu bitdi 2:2. 23:37 UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyununda ikinci hissə başlayıb. “Bayer” hesabı bərabərləşdirib - 2:2.


07.03.2024 - 22:31

"Qarabağ" "Bayer 04"lə oyunda fasiləyə inamlı üstünlüklə yollanıb - YENİLƏNİB-4

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb. Azərbaycan çempionu fasiləyə öndə yollanıb - 2:0. ***22:32 UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” matçında yenidən qol vurulub. Bu dəfə Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə Juninyo qonaqları növbəti dəfə məyus edib. ***22:10 UEFA Avropa Liqası


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41