“Apellyasiya” üzrə 222 nəticə tapıldı
Ağdaş Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Ziyafət Rüstamova və Rahilə Xəlilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Əldə etdiyimiz məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ziyafət Rüstamova 1 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunub. Onun barəsində Cinayət Məcəllə
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Xəbər verilir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsində
Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrə
Malta məhkəməsi “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun şikayətini rədd edib. Bildirilir ki, Mübariz Mənsimov 2020-ci ildə Türkiyədə həbs olunandan bəri onun gəmiçilik imperiyası kreditorların hədəfində olub. Qeyd olunur ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Mübariz Mənsimovun 240 milyon dollar təzminat ödəməyə məcbur edilməsinə dair 2021-ci il London Arbitraj qərarının icrasını tələb
Bakının Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi dövlət nəfinə alınıb. Əldə etdiyiyimiz məlumata görə, məktəb binasının müsadirə edilməsi ilə bağlı məhkəmə hökmü bu yaxınlarda icra edilib. Məktəbin binası ümumilikdə 24 milyon 700 min manat qiymətləndirilib. Aldığımız məlumata görə, məktəb hələ də eyni binada fəaliyyətini davam etdirir. Rəhbəri isə yenə
“Crocus City Hall”da terror aktı ilə bağlı həbs edilən İslamovlar ailəsinin üçüncü üzvü Dilovar İslomov həbsindən apellyasiya şikayəti verib. Bu barədə Dilovar İslomov haqqında həbs-qətimkan tədbirinin seçildiyi Moskvanın Basmannı məhkəməsindən məlumat verilib. “Məhkəməyə Dilovar İslomovun müdafiəsi ilə bağlı apellyasiya şikayəti daxil olub. Şikayətə daha sonra Moskva Şəhər Məhkəməsində baxılacaq”, - deyə məhkəmədən bildirilib.
Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 ay azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb. Əldə etdiyimiz məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü barədə əvvəlki qərarını dəyişib. Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxı
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə hökmündən verilən apellyasiya şikayətinə baxmağa razılıq verib. Məlumata görə, apellyasiya məhkəməsi martın 18-nə təyin edilib. Daha əvvəl məhkəmə bildirib ki, Xanın bu səs-küylü iş üzrə verdiyi hökmdən apellyasiya şikayəti
ABŞ Ali Məhkəməsi Kolorado məhkəməsinin sabiq Amerika lideri Donald Trampın martın 5-də regionda keçiriləcək prezidentliyə namizədlər üçün ilkin səsvermədə iştirakına icazə verməməsi barədə qərarını rədd edib. Xəbər verilirki, bu barədə ABŞ Ali Məhkəməsinin saytında məlumat verilib. Qeyd olunub ki, Kolorado Ali Məhkəməsinin qərarını qüvvədə saxlamaq olmaz və ABŞ Ali Məhkəmə
“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər - Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb. Xəbər verilir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb. General B.Orucovun vəkili Elvin Rzayev və digər
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2024-cü il fevralın 18-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib. DİM-dən verilən məlumata görə, Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqı
Gəncə Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Şahin Allahverdiyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Əldə etdiyimiz məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunub,