Çərşənbə axşamı, 30 Aprel

Bakı Oksford Məktəbi dövlət nəfinə alındı: 24 milyon 700 min manat... - FOTO

image

Bakının Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi dövlət nəfinə alınıb.

Əldə etdiyiyimiz məlumata görə, məktəb binasının müsadirə edilməsi ilə bağlı məhkəmə  hökmü bu yaxınlarda icra edilib. Məktəbin binası ümumilikdə 24 milyon 700 min manat qiymətləndirilib.

Aldığımız məlumata görə, məktəb hələ də eyni binada fəaliyyətini davam etdirir. Rəhbəri isə yenə Rasim Məmmədov​un həyat yoldaşı Mehriban Məmmədovadır.

Qeyd edək ki, M.Məmmədovanın əri “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov korrupsiya cinayətləri ilə bağlı 14 il azadlıqdan məhrum edilib. Cinayət işində qeyd edilib ki, Bakı Oksford Məktəbi onun cinayət yolu ilə əldə etdiyi pulla tikilib. Bu səbəbdən məktəbin binası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə hökm qanuni qüvvəyə minib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42