Şənbə, 18 May

Axtarış

ATU” üzrə 1350 nəticə tapıldı

26.03.2024 - 12:13

Sabunçuda 3 otaqlı evdə yanğın

Sabunçuda 3 otaqlı evdə yanğın baş verib. FHN-dən verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 1 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


25.03.2024 - 16:43

66 yaşında uşaq doğub: dünyanın ən yaşlı anası indi necə görünür? 

Pensiyaçı nəinki analıq xoşbəxtliyini yaşayıb, həm də Ginnesin Rekordlar Kitabına düşüb. Məlumat verilir ki, bu hadisə 2005-ci ildə baş verib. O zaman Rumıniya sakini Adriana İliesku 66 yaşında ilk dəfə ana olub. O, Eliza adlı bir qızı dünyaya gətirib və bununla da o dövrdə dünyanın ən yaşlı valideyni statusunu qazanıb. Bundan sonra Adriana tənqid atəşinə tutulub. Mətbuatın və ictimaiyyətin diqqəti ona yönəlib.


25.03.2024 - 13:56

Sabahın havası necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Xəbər verilir ki, havanın temperaturu gecə 3


24.03.2024 - 10:20

Hava ilə bağlı XƏBƏRDARLIQ - Qar, leysan, şimşək, duman...

Martın 25-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enə


23.03.2024 - 14:12

Sabah yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz oluanacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer


21.03.2024 - 12:49

Mövsümi olmayan meyvələrdəki TƏHLÜKƏ

Yazda C vitamini çatışmazlığını mövsümdənkənar meyvələrin köməyi ilə kompensasiya etmək mümkün olmayacaq. Xəbər verilir ki, bunu rusiyalı dietoloq Rimma Moisenko deyib. O, mövsümi olmayan meyvə və giləmeyvələrin təhlükələrindən danışıb. Moisenkonun sözlərinə görə, istixana meyvələri təbii şəraitdə yetişdirilən giləmeyvə və meyvələrlə eyni deyil: “Biz yalnız gözü sevindirə bilərik. Orada az miqdarda


21.03.2024 - 11:13

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəlb edən yeməkləri soyuducuya qoyduğumuzda, bu mikroblar soyuducudakı digər qidalara da yoluxa bilər. Yenidən


20.03.2024 - 13:31

Arda Turana həbs cəzası verildi

“Barselona”nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub. Xəbər verilir ki, bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb. Tərəflər 2015 və 2016-cı illər üzrə gəlir vergisinin ödənilməməsi ilə bağlı iş üzrə razılığa gəliblər. Nə


20.03.2024 - 11:05

Sabah Bakıda 11, rayonlarda 14 dərəcə isti olacaq

Sabah Bakıda 11, rayonlarda 14 dərəcə isti olacaq. Bu barədə BAKU.WS-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə ə


19.03.2024 - 11:05

Kivinin dəri və saç üçün möcüzəvi faydası - FOTO

Kivi həm dəri, həm də saç üçün çox faydalı meyvədir. Tərkibində kalium, karbohidratlar, natrium, kalsium, dəmir mineralları, A vitamini, C vitamini, D vitamini, B12 vitamini və B6 vitamini var. Kivinin saç və dəri üçün faydaları saysız-hesabsızdır. Qırışları azaldır Kivi E vitamininin ən yaxşı qaynaqlarından biridir. Merilend Universiteti Tibb Mərkəzi bildirir ki, E vitamini qırışları azalda bilən vitaminlərdən biridir. Dərini C vitamini ilə təmin edir Kivi tərkibində


17.03.2024 - 14:30

DƏHŞƏTLİ HADİSƏ - 21 ölü, 38 yaralı

Əfqanıstanın cənubundakı Helmand əyalətində avtobusun yanacaq daşıyan tanker və motosikletlə toqquşması nəticəsində 21 nəfər həlak olub. Xəbər verilir ki, bu barədə "Associated Press" əyalət qubernatorunun nümayəndəsi Məhəmməd Qasim Riyaza istinadən məlumat yayıb. Dəhşətli hadisə yerli vaxtla saat 5:00-da baş verib. Qeyd olunub ki, qəza nəticəsində 38 nəfər xəsarət alıb. Qəza Qəndəhar ilə Herat əyaləti


17.03.2024 - 13:44

Hava ilə bağlı - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Xəbər verilir ki, bu barədə Milli Hidrometeorolgiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41