Şənbə, 18 May

Axtarış

ATU” üzrə 1350 nəticə tapıldı

15.04.2024 - 11:28

Tokayev İrəvandadır - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfər edib. Xəbər verilir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. Tokayevi Zvarnots Hava Limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.  Qazaxıstan prezidenti İrəvana səfəri çərçivəsində erməni həmkarı Vaaqn Xaçaturyan, eləcə də Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşəcək.


15.04.2024 - 09:45

Faktiki hava: Şahdağa qar yağıb

Aprelin 15-i saat 9:00-a olan məlumata əsasən, aprelin 14-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, Şahdağda qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 9 sm olub. Düşən yağıntının miqdarı


14.04.2024 - 10:55

DİM bu gün imtahan keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də növbəti imtahanlar keçirir. Bu barədə DİM-dən məlumat verilib. Bu gün: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən


13.04.2024 - 17:56

“WhatsApp”da yeni funksiya

Məşhur “WhatsApp” mesencerinin istifadəçiləri “Instagram”da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları “Instagram”la “WhatsApp” uyğunluğunu aktiv şəkildə tətbiq edirlər. İstifadəçilər “WhatsApp” status yeniləmələrini “Instagram”da da paylaşmaq istəsələr, yeni çarpaz göndərmə seçimini aktivləşdirə biləcəklər, funksiya avtomatik olaraq deaktiv ediləcək. “Instagram” statuslarını dublikat etmə


13.04.2024 - 11:45

Tokayev Ermənistana gedir 

Aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.  Məlumata görə, burada o, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşəcək.  Səfərini baş çatdırdıqdan sonra K. Tokayev Qazaxıstanın seldən əziyyət çəkən bölgələrinə yola düşəcək. 


13.04.2024 - 09:17

Bakıya bu tarixdən “yay istiləri“ gəlir

Bakıda və Abşeron yarımadasında aprelin 19-da gündüz havanın temperaturu 26 dərəcə isti təşkil edəcək. Xəbər verilir ki, bu da ötən günlərə nisbətən 4-5 dərəcə isti deməkdir. Aprelin 20-si və 21-i gündüz havanın temperaturu 27 dərəcə olacaq. Aprelin 20-si və 21-i gecə 15 dərəcə isti olacaq.  


11.04.2024 - 12:43

Sabah 25 dərəcə isti olacaq

Aprelin 12-də gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb. Xəbər verilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-12° isti, gü


10.04.2024 - 10:55

Sabah Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət


10.04.2024 - 09:00

Azərbaycanda bu şəxslər bütün avtobuslardan pulsuz istifadə edə bilər - RƏSMİ

Bu gün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində qonşu ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub.  Xəbər verilir ki, qardaş Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub. Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə Rəqəmsal İnkiş


09.04.2024 - 21:37

Malidə anomal istilər səbəbindən 250 nəfər həlak olub

Malidə son həftələr davam edən anomal istilər səbəbindən 250-yə insan həyatını itirib. Qeyd olunur ki, təkcə paytaxt Bamakonda Qabriel Ture adına Xəstəxanaya ağır vəziyyətdə qəbul olan xəstələrdən 102-nin həyatını xilas etmək mümkün olmayıb. O da bildirilib ki, ən yüksək temperatur ölkənin cənub-qərbində qeydə alınıb. Burada havanın hərarəti 48,5 dərəcə təşkil


08.04.2024 - 11:45

Zavod çörəyi ilə bağlı inanılmaz iddia: Tərkibindəki bu maddə öldürür!

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı mağazalardakı qidaların keyfiyyətsizliyindən və alıcıların aldadılmasından danışıblar.  Xəbər verilir ki, ekspertlər hətta marketlərdə satılan çörəyin də sağlamlıq üçün təhlükəli olduğunu qeyd ediblər. Elçin Bayramlı zavod çörəyinin konsaregenlərlə dolu olduğunu iddia edib: “Emal sənayesində elə bir


08.04.2024 - 11:27

Sabah Bakıda 18, rayonlarda 21 dərəcə isti olacaq

Aprelin 9-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%,


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41