“ABŞ” üzrə 1965 nəticə tapıldı
Lionel Messinin PSJ-dən sonrakı karyerasını harada davam etdirəcəyi məlum olub. Xəbər verilir ki, 34 yaşlı argentinalı ulduz Devid Bekhemin də sahibi olduğu ABŞ-ın "İnter Mayami" klubuna keçəcək. Leonun Paris təmsilçisi ilə sözləşməsi növbəti mövsümün sonu yekunlaşır. Qeyd edək ki, Messi 2021-ci ilin yayında azad agent olaraq PSJ-yə keçib.
Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlərə ağır zərbə vurmaqla yanaşı müxtəlif dövlətlərdə gərginliyə səbəb olub. Bu dövlətlərdən biri də Tacikistandır. Belə ki, ölkədə əhali etirazlara qalxıb. Ölkə Prezidenti Emoməli Rəhmon KTMT sammitinə getdiyi bir vaxtda ölkədə (Dağlıq Bədəxşan Muxtar Vilayətində) iğtişaşlar başlayıb, hərbçilərlə toqquşmalar baş verib. Bir müddət öncə
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı heç kimə lazım olmayan "xərclənilə bilən material" adlandırıb. Xəbər verilir ki, bu barədə "RİA Novosti"nin dərc etdiyi məlumatda qeyd olunub. "Ukraynanın heç kimə faydası yoxdur. Ukrayna Rusiya Federasiyası ilə hibrid total müharibədə "sərf edilə bilən" materialdır. İndi heç kim buna şübhə etmir. Bu barədə ictimaiyyətə məlumat verilib", - rusiyalı diplomat bildirib. Lavrov deyib ki, Qərb kollektiv şəkildə
“Azərpoçt”un sabiq şöbə müdirinə cinayət işi başlanılıb. Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Aparılan araşdırmalarla
Ukrayna artilleriyaçıları Rusiya Ordusuna məxsus sursat anbarını vurub. Xəbər verilir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, bu uğurlu əməliyyatı 45-ci artileriya briqadası reallaşdırıb. "Düşmənin döyüş sursatları ilə bərabər şəxsi heyəti də effektli şəkildə məhv edilib. 45-ci artileriya briqadasının kəşfiyyatı rusların silah-sursat anbarının yerini müəyyənləşdirib. Hava kəşfiyyatı ərazini nəzarətdə saxlayaraq düşmənə məxsus yü
Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar mayın 16-da axşam saatlarından başlayaraq mayın 17-si gün ərzində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq. Xəbər verilir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb. ASC narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Azərbaycanda müxtəlif bazarlarda pomidor ötən illə müqayisədə baha qiymətə satılır. Bunu həm alıcılar, həm də satıcılar təsdiqləyir. Satıcılar İTV-yə açıqlamasında pomidoru baha aldıqları üçün ucuz sata bilmədiklərini deyiblər. Regionlarda fermerlər isə qiymətlərin bahalaşmasının səbəbi barədə maraqlı səbəb gətirib. Məlum olub ki, qiymətin baha olmasına səbəb pomidor yetişdirilmə
“ABŞ Ukrayna üçün əlavə 40 milyard dollarlıq büdcəyə səs verəcək”. Xəbər verilir ki, bunu açıqlamasında ABŞ Dövlət katibi Entoni Blinken deyib. Blinken yeni yardım paketinin mütləq təsdiqlənəcəyini vurğulayıb. Beləliklə, onun sözlərinə görə, ABŞ Ukraynaya dəstəyi davam etdirməyə hazır olduğunu təsdiq edəcək.
Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti haqqında məlumat yayıb. Xəbər verilir ki, mayın 16-sı gündüzdən 17-si səhərədək qısa müddətə şimal-qərb küləyinin sürəti 15-20 m/s, 16-sı axşam yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2022” start götürüb. Xəbər verilir ki, yarış Dövlət Bayraq Meydanından başlayıb. Qeyd edək ki, Bakı marafonu 5-ci dəfə təşkil olunur. “Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 15-də 15 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir. DİM-dən verilən məlumata görə, mayın 15-də: – əvvəlki illərin məzunları 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; – müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları əlavə xarici dil imtahanı; – qə
“Ölkənin mövcudluğu üçün real təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər”. Xəbər verilir ki, bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin müavini Aleksey Juravlyov deyib. “Rusiya ilk nüvə zərbəsini endirə bilər. Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək”, - deputat bildirib. Juravlyov həmçinin ABŞ-a qarşı ittihamlar səsləndirərək, onun Üçüncü Dünya Müharibə