Şənbə, 11 May

“Çin beyinə nəzarət silahı hazırlayır” - ABŞ

image

ABŞ Çinin rəqiblərini öldürmək əvəzinə, onları iflic etmək üçün istifadə edilə bilən “beyini idarə edən silahlar” hazırladığını iddia edib.

Xəbər verilir ki, ABŞ buna görə Çin Hərbi Tibb Elmləri Akademiyasına və akademyaya bağlı 11 tədqiqat institutuna sanksiya tətbiq etmək qərarına gəlib.

ABŞ hakimiyyəti bu silahların uyğur türklərinə qarşı istifadə olunmasından narahatdır.

Bu sanksiya ilə ABŞ firmaları lisenziya olmadan Çin Hərbi Tibb Elmləri Akademiyası və onun filiallarına mal ixrac edə bilməz.

Çin Hərbi və Tibb Elmləri Akademiyası

Çin institutlarını qara siyahıya salan Ticarət Departamenti silahlar haqqında ətraflı məlumat verməyib.

“Washington Times”ın ələ keçirdiyi hesabata görə, Çin rəqiblərini öldürməkdənsə, düşmənin müqavimət göstərmək istəyinə hücum edərək, rəqibini idarə etməyə və ya iflic etməyə yönəlmiş texnologiyalar inkişaf etdirir.

Bildirilib ki, Çinin inkişaf etdirməyə çalışdığı texnologiyaya genlərin redaktəsi, insan fəaliyyətinin artırılması və beyinin proqramlaşdırılması daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25