Bazar, 05 May

Əhvalı yüksəltmək üçün bunları yeyin

image

Hər gün asan həzm olunan karbohidratlı qidalar insanda piylənmə, diabet və depressiya, psixi problemlər, əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər.

Xəbər verilir ki, alimlər bu siyahıya un məmulatları, çörək, şirniyyatları daxil edib.

Nəyə görə çörək, un məmulatı depressiyaya səbəb olur?

Dietoloq Anastasiya Tarasko bildirib ki, tez mənimsənilən karbohidratlar yeyiləndən dərhal sonra qana keçir, eləcə də sürətlə orqanizmdən çıxarılır. Bu da əhval-ruhiyyənin dəyişməsinə səbəb ola bilər.

Depressiyadan çıxmaq üçün menyunu triptofanla zəngin ərzaqlarla tərtib edin.

Eləcə də çox yağlı qidalar, yağlı ət, yarımfabrikatlar, kolbasa, sosis həzm sistemində problemlər və depressiya yarada bilir. Heyvani yağlarda olan xolesterin depressiv əhvalı 40% artırır.

Bəs hansı qidaları yemək lazımdır:

- Payız xurması – narıncı rəngdə olan. Əgər sarı rəng təşviş rəngi hesab olunursa, narıncı, əksinə, depressiyaya qarşıdır. Ona görə kök, balqabaq, portağal, xurma yemək lazımdır. Bu rəngdə ərzaqlarda maqniy çoxdur. O da stressə qarşıdır.

- Təbii göbələklər - bu qidada çox miqdarda B12 vitamini, antioksidantlar, amin turşuları var.

- Tünd, qara şokolad

- Yağlı balıq

- Yumurta sarısı

- Avokado

- Badam

- Bütün çərəzlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15