Şənbə, 11 May

Mayk Pompeonun yeni işi və maaşı bəlli oldu: TV şousunda...

image

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun “Fox News”da işə başlayacağı açıqlanıb.

Xəbər verilir ki, bu barədə “Fox News” telekanalının icraçı direktoru Süzan Skott bildirib.

O, Pompeonun “Fox News”da şərhçi kimi fəaliyyət göstərəcəyini deyib: “Mayk Pompeo Amerikada xarici siyasət və milli məsələlər sahəsində ən tanınmış və etibarlı şəxslərdəndir”.

Pompeonun debütünün aprelin 9-da səhər saatlarında "Fox & Friends" şousunda keçirəcəyi planlaşdırılır.

Onun telekanaldan ildə 570 min dollar maaş alacağı gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44