Bazar ertəsi, 29 Aprel

“Azərbaycanla əldə olunan razılaşma vacibdir” - Paşinyan

image

“Azərbaycanla dəmir yolunun inşası ilə bağlı əldə olunan razılaşma vacib layihədir”.

Xəbər verilir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən deyib.

“Bu, vacib razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik. Bu, regionda iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”, - deyə Paşinyan vurğulayıb.  

Onun sözlərinə görə, yaxın zamanlarda diqqəti bu tapşırığın həllinə yönəltmək lazımdır. O bildirib ki, həmçinin Prezident İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsinə dair razılaşma da əldə olunub.


 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55