Cümə axşamı, 09 May

ABŞ-da Futbol Liqasının keçmiş oyunçusu 5 nəfəri öldürdükdən sonra intihar edib

image

ABŞ-da Amerika Futbol Liqasının keçmiş oyunçusu Filip Adams 5 nəfəri öldürdükdən sonra intihar edib.

Aldığımız məlumata görə ABŞ-ın Karolina əyalətində yaşayan 33 yaşlı keçmiş futbolçu əyalətin məşhur həkimi, 70 yaşlı Robert Lesslieni və daha 4 nəfəri öldürdükdən sonra odlu silahla özünü də vuraraq, intihar edib.

Məlumata görə, Filip Adams çərşənbə axşamı günü onu müalicə edən həkim Lesslini və onun 69 yaşlı həyat yoldaşı Barbaranı, 9 və 5 yaşlarında 2 nəvəsini silahla atəş açaraq, öldürüb. Daha sonra keçmiş futbolçu həkimin evində köməkçi işləyən 38 yaşlı Levisi öldürüb, bir nəfəri isə yaralayıb.

İki gün sonra səhər saatlarında Adams həkimin evinin yaxınlığında özünü də vuraraq, intihar edib.

Dəhşətli hadisənin hansı səbəbdən baş verdiyi hələ də məlum deyil.

Filip Adams Amerikanın "49ers" və "Atlanta Falcons" kimi bir çox məşhur klubların müdafiəçisi olub. Lakin bir müddət idi ki, aldığı zədələr ucbatından futboldan ayrılmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32