Cümə, 10 May

Napoleonun arvadının başına qoyduğu tac satıldı

image

Fransa imperatoru Napoleon Bonapartın ilk xanımı Jozafinaya aid olan tac satılıb. Zamanında Napalion məşhur tacqoyma mərasimində öz tacını Jozafinanın başına qoyaraq onu da imperatoriça elan etmişdi.

Xəbər verilir ki, 150 ildir şəxsiyyəti açıqlanmayan britaniyalı kolleksiyaçının şəxsi kolleksiyasında olan taclar Böyük Britaniyada yerləşən Sotheb hərrac evində satılıb.

Hər iki tacın ahəng və birlikdə taxılmaq üçün yaradılmış “parure” adlı zərgərlik dəstinin bir hissəsi olduğu düşünülür. Əqiq daşlı qızıl mina tacı 450 min funta alınarkən, nisbətən sadə olan digər tac isə 126 min funtsterlinqə satılıb.

İlk tac da qədim yunan tanrıları Zevs, Dionis, Meduza, Pan və Qayanın qravürləri var. Kolleksiyasında tacları icarəyə götürən Londondakı Viktoriya və Albert Muzeyi bildirib ki, bu, Napoleonun bacısı Karolin Muratın hədiyyəsidir.

Qeyd edək ki, Napoleon imperator elan ediləndə Jozafina ərinin qarşısında diz çöküb onu salamlamaq istəyib. Napoleon isə tacı əvvəlcə öz başına, sonra xanımının başına qoyaraq Jozafinanı imperatriça elan edib.

Qeyd edək ki, tacları satan və alan şəxslərin adı açıqlanmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32