Çərşənbə, 26 Yanvar

Hərbçilər səhvən mülki vətəndaşları güllələdi: 14 ölü

image

Hindistanın Naqalend ştatında ordunun həyata keçirdiyi səhv əməliyyat nəticəsində 14 nəfər həlak olub.

Xəbər verilir ki, bu barədə Hindistanın 3-cü ordu korpusundan məlumat verilib.

Məlumata görə, hərbçilər Naqalendin Nasional-sosialist şurasının üzvlərinə pusqu qurublar. Lakin kömür şaxtasından evlərinə qayıdan fəhlələri daşıyan pikapı atəşə tutublar.

“Qiyamçıların ehtimal olunan hərəkəti ilə bağlı etibarlı kəşfiyyat məlumatlarına əsaslanaraq, Naqaland əyalətinin Mon rayonu ərazisində əməliyyat keçirmək planlaşdırıldı. Biz bu hadisədən və onun nəticələrindən çox təəssüflənirik. Hadisə ən yüksək səviyyədə araşdırılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, - ordunun yaydığı məlumatda qeyd olunub.

 

Hadisə nəticəsində ölənlərdən 13-ü mülki şəxslər, 1 nəfər isə hərbçi olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti