Bazar ertəsi, 20 May

Rusiya Ukraynaya bu tarixdə hücum edəcək

image

Rusiya ordusu gələn ilin əvvəlindən etibarən Ukraynaya qarşı müxtəlif cəbhələrdən hücuma keçəcək.

Xəbər verilir ki, bu barədə “Vaşinqton Post” qəzetinə Amerika kəşfiyyatından məlumat sızdırılıb.

Sızdırılan sənəddə Rusiya qoşunlarının mövqeləri də yer alıb.

İddia olunur ki, Rusiya 175 min əsgərlə Ukraynaya hücum planlaşdırır:

“Rusiya yeni texnika ilə yanaşı, 50 taktiki bölməni Ukrayna sərhədinə yaxın bir neçə nöqtəyə yerləşdirib. Hazırkı taktiki bölmədə əsgər sayı 70 minə yaxındır. Bu rəqəm yaxın vaxtda 175 minə çatdırılacaq”.

Bundan başqa, Rusiyanın Ukrayna ilə sərhədə hədəfi çaşdırmaq üçün davamlı olaraq hərbçi yığdığını və bir müddət sonra geri çəkdiyi də iddia olunub.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna hərbi kəşfiyyatının rəhbəri, general Kirill Budanov Rusiyanın Ukrayna sərhədinə 92 mindən çox hərbçi yığdığını və yanvarın sonu, fevralın əvvəlinə hücuma hazırlaşdığını bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41