Cümə, 26 Aprel

“Bizdə heç bir fikir ayrılığı yoxdur” - Paşinyan

image

“Biz faktiki olaraq, gündəlikdəki bütün məsələləri müzakirə etdik. Bu görüş problemi gizlətmək üçün deyildi. Bu görüşdə biz bütün məsələləri açıq müzakirə etdik”.

Xəbər verilir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Soçi görüşündən sonra mətbuata bəyanatında deyib.

“Qeyd etmək istəyirəm ki, bir çox məsələlər üzrə mövqelərimizi çox pozitiv dəqiqləşdirdik və məlum oldu ki, bəzi məsələlər barədə bu görüşə qədər güman edildiyi kimi, bizdə heç bir fikir ayrılığı yoxdur. Demək istəyirəm ki, biz regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi barədə həqiqətən qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır. Delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusu təzə deyil. Biz bu məsələni müzakirə etdik. Biz həm də Üçtərəfli Bəyanat qəbul etdik, orada qeyd etdik ki, bundan əvvəl zəruri şərait yaratmaq, yəni Ermənistan ilə Azərbaycan arasında sərhəddə müəyyən təhlükəsizlik və sabitlik mexanizmləri yaratmaq lazımdır”, – erməni Baş nazir bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33