Bazar ertəsi, 29 Aprel

Azərbaycanlı aktrisanın hərəkətini təkrarlayanlar 750 min lirə cərimələnəcək

image

Türkiyədə yaşayan Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadənin ötən mövsüm “Yasak elma” serialının çəkilişlərini yarımçıq qoymasından sonra istehsalçı şirkət yeni mövsümdə xüsusi tədbir görüb.

Belə ki, artıq bu mövsümdən seriala çəkilən aktyorların müqaviləsinə yeni bənd əlavə edilib. Maddəyə əsasən aktyorlar hər hansı bir xəstəxanadan verilən arayışla sübut edilə biləcək xəstəlik, ana və ya atasının, həyat yoldaşının, qardaş-bacısının, övladının vəfatı və ya məhkəmə orqanlarına məcburi çağırış kimi hallar olmadığı halda çəkiliş meydançasını tərk edərsə sözügedən vəziyyət əsasında protokol tərtib olunacaq. Belə olan halda aktyorlar çəkiliş meydançasını tərk etdikləri hər gün üçün 10 bölümlük məvacibləri miqdarında cərimələnəcək.

Bundan əlavə aktyorlar işə zərər verə biləcək bütün müqavilə şərtlərinin pozulması ilə bağlı ümumilikdə 750 min lirə (təxminən 114 min manat) cərimələnəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55