Bazar ertəsi, 29 Aprel

Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağı TARİX AÇIQLANDI

image

"Türkiyə" qəzeti Zəngəzur dəhlizi ilə bağlı maraqlı iddia ilə bağlı məlumat yayıb.

Xəbər verilir ki, qəzet Zəngəzur dəhlizi ilə bağlı məsələlərin razılaşdırıldığını yazıb.

“Türk dünyasını quru dəhlizi ilə birləşdirəcək Zəngəzur xətti rəsmən fəaliyyətə başlayır. Xəttin Zəngəzurdan keçən 37 kilometrlik hissəsində problem yaradan İrəvan geri çəkilərək sərhədlərin müəyyən edilməsi ilə dəhlizin açılmasını qəbul edib. “Turan yolu” da adlandırılan 165 kilometrlik dəhliz may ayında istifadəyə veriləcək. Magistral yolun açılışından sonra dəmir yolu da inşa olunacaq”.

Həmçinin, qəzetin yaydığı xəbərdə dəhlizin nə zaman açılacağı ilə bağlı da məlumat yer alıb.

“Atəşkəs danışıqlarında Zəngəzur dəhlizi də müzakirə bəndləri arasında yer alıb, onlar xəttin açılmasını rəsmən qəbul ediblər. Lazım olan yolun çəkilməsi və infrastrukturun qurulması ilə dəhlizdə may-iyun aylarında daşımalara başlanılacaq. Zəngəzurun 37 kilometrlik hissəsində təhlükəsizliyi rus hərbçiləri təmin edəcək”.

Qəzet vurğulayıb ki, İrəvanın Zəngəzurda gömrük məntəqəsinin yaradılması ilə bağlı təkidli tələbi Azərbaycan tərəfindən rədd olunub:

“Bakı belə bir durumda oxşar addımı Laçında atmaq üçün tərəddüd etməyəcəyini diqqətə çatdırıb. Ermənilərin Laçın və Kəlbəcər istiqamətindəki son təxribatları yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Avropa Birliyinin vasitəçiliyi ilə görüşəcək. Diplomatik mənbələr İrəvan və Bakının daha sonra Türkiyə ilə danışıqlar aparacağını bildirir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55