Cümə, 10 May

Dünyada ən çox milyarderin yaşadığı yeni paytaxt ortaya çıxıb

image

Dünyada milyarderlərin yeni paytaxtı məlum oldu.

Xəbər verilir ki, “Forbes”in illik reytinqinə əsasən 2021-ci ildə tarixdə ilk dəfə Pekin dünya milyarderlərinin sayına görə Nyu-Yorku üstələyib.

Ötən il Çinin paytaxtında daha 33 yeni milyarder ortaya çıxıb, buna görə də Pekin ən zəngin insanların ümumi sayı üzrə siyahıda Nyu-Yorku sıxışdırıb. Hazırda Asiya ölkəsinin paytaxtında 100 milyarder yaşayır. Qeyd edilir ki, Nyu-Yorkda bu göstərici 99 nəfərdir.

Pekinin ən zəngin sakini “TikTok ByteDance” şirkətinin banisi Çjan İmindir. Onun sərvəti 35,6 milyard ABŞ dolları təşkil edir. Nyu-Yorkun keçmiş meri Maykl Blumberq şəhərin ən zəngin sakinidir. Onun sərvəti 59 milyard ABŞ dolları təşkil edir.

ABŞ-da dünyanın istənilən başqa ölkəsindən çox milyarder yaşayır. Amma Çin də son vaxtlar Birləşmiş Ştatları haqlayır. “Forbes”in hesabatına əsasən, ötən il Çində və Honkonqda 210 yeni milyarder ortaya çıxıb. Bu, artım tempi digər ölkələrdən çoxdur.

Qeyd edək ki, Çinin beş şəhəri milyarderlərin ən böyük sayı üzrə dünyada ilk onluğa daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32