Cümə, 26 Aprel

Dünya beşdən böyükdür...

image

Cənab Erdoğanın “Dünya beşdən böyükdür”- fəlsəfəsi təxminən 5 ildən bəri dövriyyədə olub haqlı sayılmalıdır.

Düz 4 il əvvəl İstanbulun Dolmabahçe sarayında bu yanaşmasıyla bağlı mənim də sualıma verdiyi təxminən 7 dəqiqəlik cavabda BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi zərurətini növbəti dəfə vurğulayandan sonra “Azərbaycan niyə Təhlükəsizlik Şurasına üzv olmasın?”- deyə əlavə etmişdi.

Türkiyə dövlət başçısı bunun kitabını da yazdı, `Daha ədalətli bir dünya mümkündür` əsərinin 1 ay qabaq Nyu- Yorkda təqdimatı keçirildi. Afrika ölkələrindən olan Toqoda eyni mövqeyini təkrarlayınca Rusiya dövlət başçısının mətbuat katibi o dəqiqə `faşizmə qarşı mübarizə`ni xatırladaraq cənab Erdoğanın sözlərinin diplomatik baxımdan da qəbul edilə bilməyəcəyini dedi.

Recep Tayyip Erdoğan `Dünya beşdən böyükdür` fəlsəfəsini, hər şeydən əvvəl, Afrikanın əzilən, istismar edilən müsəlmanları üçün gündəmə gətirmiş və illərdən bəri bu mövqeyində durarkən özünü buna borclu hiss edir. Çünki özünü dünya müsəlmanlarının sünni qanadının lideri kimi görür, dini terminlə ifadə etsək, xəlifəliyin məsuliyyətini yerinə yetirməyə çalışır. Türkiyədə rejimi hər gün daha çox dindarlaşdırmağa çalışmasının səbəblərindən biri də budur və istər ölkə içində istərsə də xaricdə Türkiyə dini işlər idarəsi vəqfinin başqanını həm də buna görə yanından ayırmır.

Şübhəsiz, dünyada cərəyan edən proseslərdə cənab Erdoğanı haqlı çıxaran çox faktor var, `Dünya beşdən böyükdür` fəlsəfəsinə o faktorlara baxıb şübhəsiz, haqq vermək mümkündür. Ancaq iş daxili siyasətə gələndə vəziyyət mürəkkəbləşir. Mövcud vəziyyətdə Türkiyə dövlət başçısının və dünyanın əzilən müsəlmanlarının yılmaz müdafiəçisi cənab Erdoğanın `Dünya beşdən böyükdür` fəlsəfəsi üçün dəstək tapması və onu gücləndirməsi, hər şeydən əvvəl, ölkənin daxilində cərəyan edən proseslərə görə çətindir. Bunun başında makroiqtisadi göstəricilərdə sabitlik əldə edilə bilməməsi gəlməkdədir.

Bu durum, şübhəsiz, AKP iqtidarını naqolay vəziyyətə salır və hətta bəzi nöqtələrdə əl- ayağını bağlayır. Düzdür, dövlət başçısı Erdoğan hər Afrika səfərində bəzi ölkələrin çox böyük miqdarda olmayan borclarını ödəyir, çox böyük miqdarda olmasa da yardımlar edir. Ancaq bunun haraya qədər davam etdirilə biləcəyi məchul olub cənab Erdoğanın öz idellarını həyata keçirməkdə nə qədər faydalı olacağını da proqnozlaşdırmaq çətindir. ”Yüksək faiz yüksək inflyasiyanın mənbəyidir”- nəzəriyyəsindən heç cür geri addım atmayan cənab Erdoğanın bu təkidinə görə, Mərkəzi Bank bir neçə gün qabaq faizləri 1 bal endirər- endirməz devalvasiya yaşandı, Türk Lirəsi təxminən 5% dəyər itirdi. Mərkəzi Bankdan gözlənilən növbəti faiz endirimindən sonra Türk Lirəsinin yenidən dəyər itirməsinin qaçınılmaz olacağı proqnozlaşdırılmaqdadır.

Dünya miqyasında tanınmış iqtisadçı Prof. Dr. Korkut Boratav cərəyan edən prosesləri `erkən seçkiyə hazırlıq` şəklində dəyərləndirirsə, iştirak etdiyi bütün seçkilərdən birinci yerdə çıxan AKP lideri Erdoğanın bundan sonrakı diqqətinin böyük ölçüdə seçki işlərinə fokuslanacağını təxmin etmək də çətin deyildir. . .

Siyasət isə `ittifaqların gücləndirilməsi` tezisinə indekslənsə də əvvəlki yazılarımızda da diqqəti cəlb etdiyimiz üzrə müxalif ittifaqın bu işlərə daha həvəsli və dinamik olduğunu görməkdəyik. Son məlumata görə, ana müxalifət lideri CHP ilə onun ittifaq ortağı İYİ Partiya liderləri arasında 2 gün əvvəl keçirilən görüşdə müxalif ittifaqın sıralarının yeni partiyaların daxil olmasıyla genişləndirilməsinə qərar verilmişdir.

`Cumhuriyet` qəzetində əksini tapan məlumata görə, AKP- dən ayrılanların qurduğu Gələcək Partiyası (keçmiş baş nazir Ahmet Davutoğlu) və DEVA Partiyası ilə (baş nazirin keçmiş müavini Ali Babacan) yanaşı İstanbulun Şişli rayonunun keçmiş bələdiyyə sədri Mustafa Sarıgülün qurduğu Türkiyə Dəyişim Partiyası da müxalif partiyaların sıralarında yer alacaqmış.

Ana müxalifət lideri Kemal Kılıçdaroğlunun son 1 ayda etdiyi həmlələr silsiləsi Mərkəzi Bankın prezidentini ziyarət və yüksək vəzifəli məmurlara müraciətlə davam edincə müxalifəti dəstəkləyən təbəqənin bundan ruhlanmaması mümkün deyildir. İctimai rəy sorğusu anketləri artıq aylıq və ya 15 günlük deyil, həftəlik sorğular keçirir və hamısında iqtidar partiyasının reytinqindəki aşağı düşüşləri əks tərəfə hərəkətləndirməyin mümkün olmadığı görünür.

Bu da demokratik sistemin qaydalarının işlədiyini göstərir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33