Cümə, 26 Aprel

Daha bir universitetdə tələbələr koronavirusa yoluxdu

image

Daha bir universitetdə iki qrup üzrə dərslər onlayn formata keçirilib.

Məlumata görə, Bakı Dövlət Universitetinin SABAH qruplarında olan iki qrupda tələbələr arasında koronavirus aşkarlanıb. Həmin qruplar distant təhsilə keçib.

Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq. 

BDU-nun mətbuat katibi Günel Orucəliyeva sorğusuna cavab olaraq məlumatı təsdiq edib.

“Bu səbəbdən həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində də üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33