Cümə, 26 Aprel

Rusiyaya qarşı təxribat ssenarisi... – Lavrovdan diqqətçəkən iddia

image

“Rusiyanın sabit inkişafı və beynəlxalq aləmdə güclənməsi Qərbin xoşuna gəlmir, buna görə də bizə hər cür, o cümlədən sanksiyalar və informasiya təxribatları ilə təzyiq göstərməyə çalışırlar”.

Xəbər verilir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, birtərəfli sanksiyalar və informasiya təxribatlarından tutmuş, daxili işlərə müdaxiləyə qədər bir çox qeyri-qanuni vasitələrdən istifadə edərək Rusiyaya təzyiq göstərməyə cəhd göstərirlər.

Lavrov Qərbin Baltikyanı ölkələr və Ukraynada rus dilinə qarşı ayrı-seçkiliyə göz yummasının, açıq şəkildə rusofob davranışlara dəstək verməsinin əbəs olduğunu, bu cür addımlarla həmvətənləri parçalamağın və onları tarixi vətənlərindən uzaqlaşdırmaq səylərinin işə yaramayacağını deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33