Şənbə, 11 May

Baş katibdən Əfqanıstana yardım çağırışı

image

BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstana yardım edilməsinin vacibliyini vurğulayıb. 

Xəbər verilir ki, o, Əfqanıstana yardım etməyin dünyaya baha başa gələcəyini bildirib. 

Quterreş BMT-nin Əfqanıstandakı şəxsi heyətinin təhlükəsizliyini, mühafizəsini təmin etmək, habelə humanitar yardım və maneəsiz giriş məsələləri barədə “Taliban”la daim əlaqə saxladığını bildirib.

"Bu müəyyən bir məqamdır. Əfqanlara bu fırtınanın öhdəsindən gəlməyə kömək etmək etməsək, nəinki onlar, dünya dövlətləri bunun əziyyətini çəkəcək.

Əfqanıstanda yemək, iş, insan hüquqları olmasa, əfqanlar normal həyat axtarmaq üçün evlərini tərk edəcək. Narkotik axınının artacağı, cinayətkar və terrorçu şəbəkələrin sayının artacağı ehtimalı da var. Bu, təkcə Əfqanıstanın özünə deyil, bölgəyə və bütün dünyaya mənfi təsir göstərəcək”, deyə Antonio Quterreş bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25