Cümə axşamı, 21 Oktyabr

Şimali Koreyadan qaçan agent bütün sirləri açdı: Kim Çenin qorxunc siyasəti

image

Şimali Koreya lideri Kim Çen In üçün 30 il işlədikdən sonra həyatını xilas etmək üçün ölkədən qaçan keçmiş agent Kim Kuk-sun ölkənin qaranlıq sirlərini açıb.

Xəbər verilir ki, Kim Çen Inın müxalifətçiləri öldürmək üçün sui-qəsd qruplaşmaları qurduğunu deyən keçmiş agent, eyni zamanda Şimali Koreya liderinin vəsait toplamaq üçün qanunsuz narkotik laboratoriyası qurduğunu da iddia edib.

Kəşfiyyat şəbəkəsinin yuxarı pilləsinə qalxmaq üçün 30 il işlədiyini bildirən Kim Kuk-sun həyatını xilas etmək üçün 2014-cü ildə ölkədən qaçıb. O, hazırda Cənubi Koreyanın paytaxtı Seulda yaşayır və Cənubi Koreya kəşfiyyatında işləyir.

Kəşfiyyat şəbəkələrinin Kim Çen Inın “gözləri, qulaqları və beyni” olduğunu söyləyən keçmiş agent Şimali Koreyanın kəşfiyyat və kiber qurumlarının dünyanın istənilən nöqtəsinə çata biləcəyini iddia edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah güclü külək əsəcək

  • 21.10.2021 - 12:39
image

İran geri addım atdı

  • 20.10.2021 - 19:21