Cümə axşamı, 09 May

Azərbaycanda generalların 90 faizi güllə atmağı bacarmır – Sensasion açıqlama

image

Pandemiya və müharibə dövründə ara verilmiş səs-küylü həbslər ilin əvvəlindən yenidən start götürüb. Ötən il olduğu kimi, bu il də vəzifə səlahiyyətilərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalır.

Məlum olduğu kimi, son vaxtlar sabiq deputat Rafael Cəbrayılov, sabiq briqada komandiri Rövşən Əkbərov və digər məmurların həbsi gündəm mövzusuna çevrildi. Məsələ ilə bağlı danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vaxtilə yüksək vəzifədə işləyərkən korrupsiya ilə məşğul olan məmurların hamısının həbs edilməli olduğunu bildirib:

“Məşhur bir fikir var: insanlar hakimiyyətə hansı yolla gəlirsə, o yolla da gedir. Rafael Cəbrayılov adlı deputat dediyimiz adam saxta yolla, rüşvət verməklə deputat olmuşdu. Deputatlıq etdiyi dövrdə də dövlətin, xalqın maraqlarına da ümumi bir mövqedə idi. Sadəcə olaraq özünü İlham Əliyevə, Heydər Əliyevə sədaqətli bir adam adam kimi təqdim edirdi. Hətta H.Əliyev kimi danışmağa, onun kimi geyinməyə, ibarəli sözlər işlətməyə, Azərbaycan demokratik hərəkatına, Əbülfəz Elçibəyə qarşı başından yekə-yekə danışmağa meyilli idi. 

Arxa planda isə cinayətkar əməllər törədir, fırıldaqçılıqla məşğul olurdu. Bunu hamı bilirdi. Nə zaman ki, iqtidar üçün onun əhəmiyyəti azaldı və cinayətləri kifayət qədər şişdi haqlı cəzasına da çatdı. Hətta iş o yerə gəlmişdi ki, o mandatını belə girov qoymuşdu. 

Əslinə qalanda isə o millət vəkili yox, saxta, cinayətkar bir adam olub. Eləcə də generalların özü. Açıb onların bioqrafiyasına baxın, adam  öldürmək, quldurluq etmək, başqasının əmlakına ələ keçirmək, vətənə xəyanət kimi hər cür ittiham var. Bu adamlar normal, sivil dövlətlərdə olduğu kimi öz bacarıqları, qabiliyyətləri, xidmətlərinə görə gəlib o vəzifələri tutmayıblar. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32