Cümə, 10 May

Ötən il Azərbaycandan qanunsuz 1,1 milyard manat dəyərində xarici valyuta çıxarılıb

image

Ötən il Azərbaycandan qanunsuz 1,1 milyard manat dəyərində xarici valyuta ixrac olunub.

Məlumata görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 mlrd. manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və Avro ilə olan pul banknotları) ixrac olunub.

Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25