Şənbə, 11 May

Polis arvadına 15 dəfə atəş açıbmış... - RƏSMİ - VİDEO

image

Bakıda polis ondan şikayətçi olan həyat yoldaşını güllələyərək öldürüb.

Xəbər verilir ki, ağır cinayət səhər saatlarında paytaxtın Nizami rayonu, 24-cü polis şöbəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşı olub.

İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.

Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı 2 azyaşlı uşağının gözü qarşısında güllələyib. Qadın hadisə yerində keçinib.

Mərhumun xalası Nəsibə Məmmədova iddia edir ki, İsmayıl həyat yoldaşını qısqandığından ailədə tez-tez söz-söhbət olurmuş.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin ”xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25